“Uşaq dərmanları tapılmır” Əlacsızlar internetdən sifariş edirlər VİDEO
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Hazırda bir çox vətəndaş dərman vasitələrinin əlçatan olmamasından şikayətçidir. Bəzən lazım olan preparatları tapmaq üçün bir neçə apteki gəzməyə, bəzən isə xaricdən sifariş verməyə məcbur qalırlar. Xüsusilə də uşaqlar üçün reseptlə verilən dərmanların tapılmaması insanların narahatlığına səbəb olur.
Lent.az xəbər verir ki, bu problem APA TV-nin hazırladığı reportajda geniş işıqlandırılıb. TV-nin əməkdaşı bildirir:
- Şikayətçi Dinara Qədirova bu barədə belə deyir:
“Polidex dərmanı var əvvəl tapa bilmirdim, indi burda tapdım. Amma çoxunu tapa bilmirəm. Dərmanların bir hissəsini internetdən sifariş edirəm”.
Digər şikayətçi Leyla Hüseynova isə bildirir ki, aptekdən dərman tapa bilmir: “Tapmadığım dərmanları xarici ölkələrdən gətirdirik. Əsasən də uşaq dərmanları gec tapılır, bəzən olur heç tapa bilmirəm.”
Vətəndaşlar bildirirlər ki, həkimin yazdığı dərman tapılmayanda aptekdə onlara alternativ dərmanlar təklif edilir. Bunlar eyni tərkibli olmasa da, həmin xəstəlik üçün istifadə olunan dərman preparatları olur.
Dərman çatışmazlığı təkcə vətəndaşları deyil, aptek işçilərini də çətin vəziyyətdə qoyur. Əczaçılar deyir ki, bəzi preparatlara olan tələbatı qarşılamaq günbəgün çətinləşir.
Problemlə bağlı daha ətraflı video materialda tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 27 May 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















