Icma.az
close
up
RU
Uşaq doğumu azalır, əhali qocalır: Nə edə bilərik? SOS

Uşaq doğumu azalır, əhali qocalır: Nə edə bilərik? SOS

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda uzun əsrlər demoqrafik vəziyyətlə bağlı heç bir problem yaranmayıb. Amma son onilliklərdə vəziyyət dəyişib və bizdə artıq doğumun azalması və əhalinin qocalması tendensiyası yaranıb. Bu prosesi necə dayandırmaq və ya yavaşlatmaq olar? Bu yazıda bu məsələni araşdırmağa çalışmışıq.

Əhalinin qocalması dövrümüzün aktual problemlərindən biridir. İnkişaf etmiş ölkələr əhalinin qocalması ilə digərlərinə nisbətən daha tez qarşılaşdılar. İndi bu, dünya miqyasında bir tendensiyaya çevrilib. Keyfiyyətli tibbi xidmət sayəsində insanlar daha uzun yaşamağa başladı, uşaq ölümü azaldı, amma doğum nisbəti getdikcə azaldı. Getdikcə daha çox ailə uşaq sahibi olmağı gecikdirir, ilk növbədə, daha yaxşı yaşayışını təmin etmək istəyir. Çoxuşaqlı ailələr nadir hala çevrilib. "Bir uşaq üçün layiqli həyat təmin etmək daha asandır" deyə bir çox gənc belə düşünür və təəssüf ki, burada o qədər də haqsız deyillər. Hazırda, 3 və daha çox uşağı saxlayıb böyütmək əksəriyyət üçün çox çətindir. Ona görə də müasir ailələr 1 və ya 2 uşaqdan ibarət olur.

Əhalinin artımını təmin etmək üçün ölkədə doğum səviyyəsi hər ailəyə görə 3 uşaq olmalıdır. İnkişaf etmiş ölkələrdə doğum ölüm niosbəti mənfi xarakterlidir, lakin miqrasiya bu işə öz töhfəsini verir – yoxsul ölkələrdən gənclər daha yaxşı həyat üçün bu ölkələrə gedir. Yaşlılar isə qalır inkişaf etməmiş ölkələrdə qalır və belə ölkələrdə əhalinin qocalması baş verir.

BMT-nin araşdırmasına görə, dünyada 65 və daha yuxarı yaşda olan insanların sayı yaxın üç onillikdə iki dəfə artaraq 2050-ci ildə 1,6 milyarda çatacaq. Avropada bu proses ən çox İtaliya, İspaniya, Yunanıstan və Portuqaliyaya təsir edəcək. Honq-Konq, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş Asiya ölkələrində 65 yaşdan yuxarı əhali təxminən 40% təşkil edəcək.

Bəs Azərbaycanı nə gözləyir? Ölkəmizdə, proqnozlara görə, yaşlı əhalinin xüsusi çəkisi də xeyli artacaq. Artıq qocalma prosesi müşahidə olunur: son 10 il ərzində yaşlı vətəndaşların sayı 6,2%-dən 7,1%-ə yüksəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 580,8 min nəfər 60-64 yaş, 396,7 min nəfər 65-69 yaş, 462,7 min nəfər 70 yaşdan yuxarı vətəndaş yaşayır.

Belə bir vəziyyətin təhlükəsi nədir? Əvvəla, dövlətin sosial yükü artır. Səbəbsiz deyil ki, bir çox ölkələrdə, o cümlədən bizdə pensiya yaşını qaldırırlar. Baxmayaraq ki, indi insanlar daha fəaldır, əhalinin qocalması ilə işçi qüvvəsi çatışmazlığı qaçılmazdır və iqtisadiyyat durğunlaşa bilər. Səhiyyə sisteminə daha çox təzyiq baş verir.

Bəs nə etməli? Əhalinin qocalmasına qarşı mübarizədə doğum səviyyəsinin stimullaşdırılması əsas tədbirlərdən biridir. Norveçdə uşaq dünyaya gələnə qədər işləmiş yeni analar bir il maaşının 80%-ni və ya 42 həftəlik tam maaş alırlar. Atalar üçün atalıq məzuniyyəti də var. Uzun müddətdir ki, “Bir ailə-bir uşaq” siyasəti yürüdən Çində indi ikinci və sonrakı uşaqlar üçün nağd ödənişlər var. Rusiyada doğum nisbəti ilə bağlı çətin vəziyyət var. Bunu ailələrin, əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına xərclədiyi analıq kapitalı ilə və aylıq uşaqpulu verməklə düzəltməyə çalışırlar.

Uzun müddət Azərbaycanda doğum səviyyəsi ilə bağlı problem yox idi və çoxları hesab edirdi ki, bunu stimullaşdırmağa ehtiyac yoxdur. Amma indi statistika narahatlıq yaratmağa başlayıb. Dəstək tədbirlərindən yalnız uşaq doğulanda 500 manat birdəfəlik müavinət verilir. Bu, kifayət deyil, çünki həmin vəsait uşağın doğum xərcini belə ödəmir.

Nəticədə, ailələrdə uşaq sayı minimuma enib. Beynəlxalq təşkilatların proqnozları və müşahidə etdiyimiz tendensiyalar vəziyyətin ciddiliyini açıq şəkildə göstərir. Artıq biruşaqlı ailə modelinə keçmişik, iki-üç uşaqlı ailələr getdikcə azalır. Son 5-6 il ərzində uşaqların sayı 4%, əhalinin ümumi tərkibindəki payı isə 6% azalıb.

Əhali qocalır və bu, təkcə mənəvi-psixoloji problem deyil, həm də sosial-iqtisadi problemdir. Yaşlı əhalinin xüsusi çəkisinin artması dövlətin üzərinə əlavə maliyyə yükü, əmək qabiliyyətli vətəndaşların sayının azalması, hər 1000 işçiyə düşən pensiyaçıların sayının artması, əmək haqqının azalması, sosial xərclərin artmasıdır. Bu səbəbdən əksər ölkələr öz əhalisini və uşaq və gənclərin nisbətini artırmaq üçün bir çox tədbirlər görürlər. Buraya uşaq üçün aylıq müavinət, ev, torpaq sahəsi, avtomobil də daxil olmaqla çoxsaylı təşviq və güzəştlər daxildir.

Uzun illərdir ki, biz jurnalistlər, sosioloqlar, eləcə də bəzi deputatlar, ictimai xadimlər Azərbaycanda uşaq müavinətlərinin bərpası ilə bağlı hökumətə və parlamentə təkliflər veririk. Bunun üçün kifayət qədər maliyyə və iqtisadi imkanlar var. Amma hələlik, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat, doğuşa görə isə 5 min manat verilə bilər. Heç olmasa, aylıq gəliri adambaşına 500 manatdan aşağı olan ailələr üçün bunu etmək olardı.

Arqument kimi qeyd olunur ki, aztəminatlı ailələrə guya ünvanlı sosial yardım ödənilir. Amma buna baxmayaraq, qeyri-qənaətbəxş şəraitdə yaşayan uşaqlar var. Uşaq müavinəti daha məqsədyönlü və şəffaf olardı.

Buna baxmayaraq, etiraf etmək lazımdır ki, ailələrdə uşaqların sayının kəskin azalması təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil. Varlı ailələrin əksəriyyətinin bir və ya iki uşaqdan çoxu yoxdur. Həyat tərzi, mənəvi dəyərlər, psixologiya- hər şey dəyişib. Çoxları artıq özlərini uşaqlara həsr etmək istəmirlər. Bir sıra başqa obyektiv səbəblər də var: nikahların sayı azalıb, sonsuzluq artıb. Bütün bu səbəblər bizi demoqrafik fəlakətə sürükləyir. İndi tədbir görməsək, sonra gec olacaq.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri