Icma.az
close
up
RU
Uşaq evində yaşyarımlıq Ömür nədən ölüb? Video

Uşaq evində yaşyarımlıq Ömür nədən ölüb? Video

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Fevralın 14-ü Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” Uşaq Evində ölüm hadisəsi baş verib.

“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, yaşyarımlıq körpə Ömür Zeynovun halı qəfil pisləşib və vəfat edib.

İddiaya görə, valideyn himayəsindən məhrum olan körpənin ölümünə qızılca xəstəliyi səbəb olub.

Uşaq evinin yaşca böyük sakini bildirib ki, Ömür bir neçə gün imiş ki, soyuqlayıbmış və ona ilkin tibbi yardım elə müəssisədə göstərilib: “O, körpəliyindən bizdə böyümüşdü. Ömür qızılcaya yoluxmuşdu, yavaş-yavaş sağalırdı, hər şey qaydasında idi. Vəziyyəti pisləşməzdən əvvəl yemək yeyirdi, uşaqlarla oynayırdı, hətta anası da yanında idi. Hadisə birdən-birə oldu, gördük ki, uşaq keçinib. Təcili tibbi yardım çağırdıq, maşında vəfat etdi. Ayrı otaqda saxlanılırdı, dərmanları, yeməyi 7/24 təmin olunurdu”.

Uşaq evinin direktoru Kazım İsmayılov da faktı təsdiqləyib və bildirib ki, hadisə baş verən an uşağın anası da orada olub: “Təcili yardımdan deyildi ki, çağırış ünvanına gələndə uşaq dünyasını dəyişmişdi. Saturasiya göstərirdi deyə düşünüblər ki, xəstəxanaya çatdırmaq mümkün olar. Ömürün anası ilə də əlaqə saxlamışdıq. Bildirmişdik ki, körpə nasazdır. Hətta öz ifadəsi də prokurorluqda var. Xəstəxanaya yerləşdirib müalicə etdirmək istəyirdik, valideyni etiraz etsə belə, onu edəcəkdik. Sadəcə ani oldu, halı qəfil pisləşdi, dünyasını dəyişdi”.

K.İsmayılov qeyd edib ki, hadisə ilə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu bölməsinə müraciət olunub: “Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Fevral 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri