Icma.az
close
up
RU
Uşaq niyə ağlayır?

Uşaq niyə ağlayır?

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

İlk günlərdən analar uşağın niyə ağladığını başa düşməyə çalışırlar.

Bu o qədər də çətin deyil, çünki ana körpəsinin verdiyi siqnalları başa düşmək məharətinə malikdir. Uşaqdan gələn bütün siqnallara reaksiya vermək lazımdır.

Əvvəllər bizi əmin edirdilər ki, uşağın hər dəfə ağlamasına, özünü «pis aparmasına» fikir vermək vacib deyil. Ancaq yeni doğulmuş özünü «pis apara» bilməz və ağlamaq onun üçün xarici mühitlə yeganə təmas vasitəsidir.

Ağlamasına məhəl qoyulmayan uşaq «yaxşı» uşağa çevrilmir, o sadəcə onu başa düşməyəcəkləri və tələbatını ödəməyəcəkləri ilə barışaraq sakitləşir. Lakin problem həll olunmamış qalır. Ağlama körpənin yaşaması və inkişafı üçün əhəmiyyətli əlaqə vasitəsidir. Valideynlər! Körpənizin ağlamasına biganə qalmayın. Ağlamaya verilən reaksiya ana və uşaq arasında yaranan sıx ünsiyyətin ilk pilləsidir.

Beləliklə, uşaq niyə ağlayır?

- əgər o acdırsa - şiddətli ağlamağa keçən qəfləti qışqırıq. Onu əmzik və ya bir neçə qurtum su sakitləşdirmirsə, körpəni yedizdirmək lazımdır. Körpənin sakitliyi onun rejim prinsiplərindən qat-qat üstündür;

- əgər qarnı ağrıyırsa - qısamüddətli hündürdən qışqırırlar. Bu zaman o, ayaqlarını döyəcləyir, gözlərini yumub, alnını qırışdırır. Uşağı ələ götürmək lazımdır ki, gəyirsin. Ona şüyüd suyu və ya yelə qarşı başqa bir dərman verin və qarnı üstə uzandırın. Əgər bu kömək etmirsə, bağırsaq yelini çıxarmaq üçün arxa dəliyə rektal rezin borucuq yeridin;

- uşağa soyuqdursa və ya istidirsə - əsasən həyatın ilk 3 ayında zəif termorequlyasiya nəticəsində o ya üşüyür, ya da ona çox isti olur. Bu zaman şəraitə uyğun hərəkət edin;

- əgər uşaq darıxırsa - ağlamaqla öz narazılığını bildirir, bəzən də var gücü ilə qışqırır. Onu çox ağlamağa qoymayın. Körpəni mehribancasına oxşayın, oyuncaqla başını qatın və ya onu elə uzadın ki, anasını görə bilsin.

Əgər sizin bütün səylərinizə baxmayaraq uşaq ağlamağa davam edərsə, deməli, o xəstədir və həkim çağırmaq lazımdır. Ana özündən çıxmamalı və ağlayan uşağa hirslənməməlidir.

Körpə yalandan ağlamağı bacarmır, deməli, bunun səbəbi var. Uşaq ananın hövsələdən çıxdığını və ya aqressiyasını hiss edir və bu onun sakitləşməsinə daha da mane olur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 05:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri