Icma.az
close
up
RU
“Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?” Həkimdən AÇIQLAMA

“Uşaq olmayanda günahı qızda görürlər, bəyəm oğlanlarımız sağlamdır?” Həkimdən AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda yeni doğulan körpələrin xəstələnməsi, 1 yaşına qədər ölüm hallarının çoxalması və anadangəlmə xəstəliklərlə doğulan uşaqların sayında kəskin artımlar var. Müasir dövrdə səhiyyə günbəgün bütün dünyada inkişaf etməkdədir. Amma xəstə doğulan uşaqların sayı nədənsə bizdə ilbəil artır. Bu da cütlüklərdə narahatlıq yaradır. Nəyinki cütlüklər, dövlətin sağlam inkişafında uşaqların mühüm yer tutduğunu nəzərə alsaq, onların təməl sağlamlığı vacib sayılır.
 

MÖVZU İLƏ BAĞLI:
İkinci uşağı dünyaya gətirmək üçün ideal zaman NƏ VAXTDIR? – Tibbi və psixoloji FAKTORLAR


Bəs yeni doğulan körpələrin ölümü, xəstə doğulmasının səbəbləri nələrdir?
Pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirib ki, hamiləlik dönəmində qadınların vaxtı vaxtında müayinələrə getməməsi xəstə uşaqların doğulmasının səbəblərindən biridir.
“Hamilə qadınlar ginekoloqların dediyi vaxtlarda müayinələrə gedirsə, bir çox şeylərin qarşısını almaq olur. Ümumiyyətlə, 9 ayda bir dəfə də həkim qapısını döymürsə, hamilə qadınlarda nə desəniz tapmaq olur. Ən vacib məqamlardan biri də yeni doğulan uşaqlarda tətbiq olunan daban testidir. Bizdə daban testi 5-6 xəstəliyi aşkar edir, amma dünyada 50-60 xəstəliyi təyin edə bilirlər. Rəsmi rəqəmlər göstərir ki, daban testindən aşkar olunan xəstəliklərin əksəriyyəti əqli qüsurdur. Dövlət xəstəxanasında da hamilə xanımlar doğuşdan sonra onu tələb etməlidirlər ki, daban testi aparılsın. Daban testi ilə vaxtında aşkar olunan xəstəliklərin inkişaf etməsinin qarşısını almaq olur”.
Mentalitet, paslı düşüncələr...
1 yaşa qədər uşaqların ölümünə gəldikdə isə, həkim bildirir ki, bu ölümlərin sayının çox olması səhiyyənin keyfiyyətinin, tibbi xidmətin zəif olmasının göstəricisidir. Vaqif Qarayev həm də uşaqların xəstələnməsi və ölümlərinin səbəbini cəmiyyətimizin hələ də paslı düşüncələrdən asılı olması ilə əlaqələndirib:
“Bizdə 40 gün uşağı həkimə göstərməmək kimi heç nəyə yaramayan bir adət qalıb. Bu 40 gündə də həmin uşaqda bir çox xəstəliklər, nasazlıqlar ola bilər. Bu adəti birdəfəlik yaddan çıxarmalıyıq. Bundan başqa, beynəlxalq təcrübədə ananın 30-dan çox yaşı olması riskli faktor sayılır. Amma bizdə risk erkən nikahlardır. Bunu da adət-ənənələrlə izah edirlər ki, dədə-baba tez evlənib də, nə var ki, bunda... Çox şey ola bilər. hamiləliyi axıra qədər daşıya bilmirlər. Daşıyırsa belə dünyaya sağlam uşaq gətirmir”.
Problem sadəcə anada deyil...
Həkim xəstə uşaqların doğulmasında əsas səbəblərdən biri olan genetik faktorlara da münasibət bildirib:
“Bizdə uşağın doğulmasına “Allah verən paydır” deyə düşünürlər hələ də. Bizdə ailə birmənalı olaraq nəsil artırmaq üçün qurulur. Bu belədirsə, o zaman dünyaya sağlam uşaq gətirin də...
Sağlam uşaq sağlam valideynlər tərəfindən dünyaya gətirilir. Bizdə uşaq olmadıqda, xəstələndikdə, hər şeydə günahı qızda görürlər. Bəyəm oğlanlarımız sağlamdı? Əlbəttə ki, yox... Son zamanlar kişi sonsuzluğu hədsiz artıb. Amma biz səbəbi ancaq anada görürük. Hamı elə bilirki, oğlu Koroğludu, Qaçaq Nəbidi, amma yoxlayanda görünür ki, səhhətində ciddi problemlər var. Ona görə də, evlilikdən öncə mütləq cütlüklər çek-up müayinələrdən keçməlidirlər. Bizdə müayinəyə də getmək istəmirlər ki, birdən kimsə deyər bunun uşağında problem var. Bu cür dar düşüncələr isə körpələrimizi təhlükəyə atır”.
Nuray, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Yanvar 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri