Icma.az
close
up
RU
Uşaq öskürürsə, nə etmək lazımdır?

Uşaq öskürürsə, nə etmək lazımdır?

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Əksər hallarda uşaqlarda öskürəyin səbəbi kəskin bronxit olur.

Saglamolun.az bildirir ki, bronxit uşaqlarda ən tez-tez təsadüf edilən xəstəliklərdən biridir. 1 il ərzində uşaqlar 3-4 kəskin bronxit keçirdə bilirlər. Bunun səbəbləri çoxdur:

- uşaqların immun sisteminin natamam inkişafı,

- uşaqların bəzi anatomik xüsusiyyətləri (uşaqların bronxları daha qısa və enli olur),

- bağça və məktəb uşaq kollektivlərində müxtəlif infeksiyaların geniş yayılması,

- orqanizmdə infeksiya ocaqların (iltihablaşmış badamcıqlar, adenoidlər, çürük dişlər) olması və s.

- gigiyenik qaydaların pozulmaları (uşaqların əksəriyyəti çirkli barmaqlarını, oyuncaqlarını ağzına salır, çirkli meyvələr yeyirlər və s.).

Doğulduqdan 3-4 yaşına kimi olan uşaqlarda bronxit daha ağır keçir, uşaq gec sağalır və xəstəlik müxtəlif ağırlaşmalar verir.

Adətən bronxit kəskin respirator infeksiyası və ya qripp fonunda inkişaf edir. Lakin bir çox hallarda uşaqlarda bronxitin səbəbi allergiya olur.

Bronxitin əsas əlamətləri - öskürək (quru və ya bəlğəmli), zökəm, halsızlıq. Bronxit adətən yüksək hərarətlə müşayiət olunmur. Əgər öskürək uşaqda yüksək hərarətlə müşayiət olunursa, bu uşaqlar üçün xüsusilə təhlükəli xəstəlik olan pnevmoniyanın (ağ ciyər iltihabı) əlaməti ola bilər.

Xəstəliyin ilk 2-3 gün ərzində öskürək quru və üzücü, daha sonra isə bəlğəmli olur. Bu o deməkdir ki, uşaq sağalmağa doğru gedir. Bəzi valideynlər belə hesab edir ki, quru öskürək daha "yaxşıdır", bəlğəmli isə əksinə "təhlükəlidir". Lakin bu səhv fikirdir. Bronxitin ilk simptomları meydana çıxdıqda uşağı dərhal pediatra göstərmək lazımdır. Müalicə xəstəliyin ilk əlamətlərində başladıqda, xəstəlik daha tez keçir və fəsadlar vermir. Vaxtında və ya düzgün müalicə olunmayan bronxit xroniki formaya keçə bilər, bronxitin fonunda pnevmoniya (ağ ciyər iltihabı) inkişaf edə bilər. Xroniki bronxit bronxial asmanın inkişafına təkan verə bilər.

Bronxitin müalicəsinin əsas qaydaları:

1. Xəstə uşaq daim havası dəyişilən və nəmləndirilən otaqda olmalıdır. Gün ərzində bir neçə dəfə otağın havasını dəyişmək və nəm əsgi ilə bütün səthləri silmək lazımdır. Daim isti və havasız otaqda olan uşaq daha gec sağalacaq. Səbəbsiz olaraq uşağı yataqda saxlamayın. Uzanaq vəziyyət bəlğəmin çıxmasına mane ola bilər.

2. Bronxiti olan uşaq çoxlu miqdarda ilıq maye qəbul etməlidir (adi vaxtlarda olandan 2 dəfə artıq). Maye bəlğəmin durulaşmasına və bronxlardan daha asan çıxmasına kömək edir. Hər bir saatdan bir uşağa maye verin. Bu ot dəmləmələri (çobanyastığı, gülxətmi, xüsusi ot yığınları), çay, kompot, təmiz su ola bilər.

3. Bronxit zamanı bəlğəmi durulaşdıran və bronxlardan xaric edən xüsusi dərmanlar istifadə olunur. Bir çox hallarda uşaqlara bromgeksin, lazolvan, asetilsistein (АЦЦ), ambroksol və s. kimi preparatlar təyin olunur.

4. Bir çox hallarda bronxit zamanı uşaqlara antihistamin prepratlar təyin olunur (klaritin, zirtek və s.).

5. Fizioterapevtik müalicə də çox yaxşı təsir edir. Əsas müalicə ilə yanaşı uşağa həkim tərəfindən inhalyasiyalar, ultrabənövşəyi şüalanma, sinə və bel nahiyəsinə parafin aplikasiyaları, elektroforez və s. təyin oluna bilər.

6. Ev şəraitində xardal kağızlarından ("qorçiçniki") istifadə etmək olar. Bu vasitələrin köməyi ilə iltihab sahəsində qan dövranı yaxşılaşır, ödem azalır, bəlğəm durulaşır.

Lakin bu vasitələr kiçik yaşlı uşaqlarda (3 yaşına kimi) istifadə olunmur. Bundan əlavə  uşaqda hərarətin olması, ürək və dəri xəstəlikləri və zədələnmələri, vərəm xardal kağızların istifadəsi üçün əks-göstəriş sayılır.

5. Bir çox valideynlər fikirləşir ki, bronxit antibakterial preparatların ("antibiotik"lərin) köməyi ilə müalicə olunur. Lakin bu belə deyil. Bronxitin ilk əlamətlərində antbiotiklər təyin olunmur. Bir çox hallarda sadə kəskin bronxit yuxarıda sadaladığımız müalicə vasitələrin köməyi uğurla müalicə olunur.

Antibiotiklər yalnız xəstəlik uzun müddət ərzində müalicəyə tabe olmadıqda, pnevmoniyanın inkişafına ciddi təhlükə yarandıqda (yüksək hərarətin olması, intoksikasiya əlamətləri və s.) uşağa təyin oluna bilər.

6. Xalq təbabəti bronxitlə mübarizədə bu kimi üsullar təqdim edir: qara turpun şirəsi şəkərlə, soğan şirəsi şəkərlə. Bu üsullar yalnız həkimlə məsləhətləşdikdən sonra və yalnız əsas müalicə ilə yanaşı istifadə oluna bilər. 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri