Icma.az
close
up
RU
Uşaq Səfirlər Məclisinin Daşkəsən üzvlərinin görüşü

Uşaq Səfirlər Məclisinin Daşkəsən üzvlərinin görüşü

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

"Konstitusiya və Suverenlik İli” çərçivəsində Uşaq Səfirlər Məclisinin Daşkəsən rayon üzvləri yetişməkdə olan nəslin qarşılaşdığı aktual məsələlərlə bağlı yerli hakimiyyət nümayəndələrinin iştirakılə görüşə qatılıblar.

525.az xəbər verir ki, tədbirdə uşaqların hüquqlarının müdafiəsi, onların sosial fəallığının artırılması və qərarvermə proseslərinə cəlb olunması məsələləri haqda danışılıb.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov çıxış edərək, sürətlə dəyişən dünyada yeni çağırışlarla ayaqlaşmaq üçün dayanmadan inkişaf etməyin, sağlam düşüncə ilə irəliyə doğru addımlamağın vacibliyini qeyd edib.

Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndələri Nərmin Babayeva və Mədinə Eylazova çıxışlarında təhsil, sağlamlıq, ətraf mühitin qorunması, internetdən təhlükəsiz istifadə kimi məsələlərdən bəhs ediblər, məktəblərdə daha fəal uşaq təşkilatlarının yaradılması, psixoloji dəstəyin gücləndirilməsi və uşaq iştirakçılığının genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndiriblər.

Görüşdə həmçinin Konstitusiyamızın, dövlət suverenliyi və milli dəyərlərimizin uşaqlara daha fəal surətdə aşılanması barədə müzakirələr aparılıb. Bildirilib ki, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusilə gənc nəslin hüquqi maarifləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 

Uşaq Səfirlər Məclisinin Daşkəsən rayonu üzrə nümayəndəliyinin gələcək fəaliyyəti üçün bir sıra yeni plan və təşəbbüslər müəyyən olunub.

Xatırladaq ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin əsas missiyası uşaq hüquqları istiqamətində müvafiq maarifləndirilmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında işlərində fəal iştirak etməkdir. Məclis beş il bundan əvvəl, 2020-ci, “Könüllülər ili”ndə yaradılıb və onun bölgələrimizdə də  nümayəndələri var.

Zakir Muradov,

Daşkəsən-Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri