Icma.az
close
up
RU
Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi uşaqlar nadir hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər.

Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə “keçir” və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

- Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX - kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

- Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.

- Uşaq hətta adi soyuqdəymələri də ağır keçirir və bu zaman bir çox fəsadlar (otit, bronxit, tonzillit və s.) yaranmış olur.

- Uşaq orqanizmi aparılan müalicəyə zəif reaksiya verir, onda xəstəlik digər uşaqlara nisbətən daha uzun müddət davam edir, xəstəlikdən sonra bərpa prosesi isə çox ləng və ağır keçir.

- Uşağın boyun, qoltuqaltı və s. limfa vəziləri tez-tez böyümüş olur. Əllənərkən bu vəzilər yumşaq, tamamilə ağrısız olur.

- İmmuniteti aşağı olan uşaqların bir qismində, bir çox hallarda dalaq xeyli böyümüş olur.

- Uşaqda göbələk infeksiyaları tez-tez baş verir.

- Uşaqda bir sıra qidalara və dərmanlara qarşı allergiyanın olması da onun immunitetinin zəifləməsindən xəbər verir.

- Uşaq tez yorulur, hər zaman yatmağa meyilli olur.

- İmmunitetin zəifləməsinin əlamətlərindən biri də disbakteriozun olmasıdır. Disbakterioz iştahanın azalması, qarında qurultunun olması, uşaqda çoxlu qaz xaric olması, qəbizlik, ishal kimi əlamətlərin olması və bədən çəkisinin azalması ilə xarakterizə olunur.

Uşaqda immunitetin zəifləməsinin ilkin əlamətləri qeyd olunan kimi, valideynlərin vəzifəsi tez bir zamanda uşağı həkim-immunoloq və ya sahə pediatrına göstərməkdən ibarətdir. Bu problemləri özbaşına həll etməyə cəhd etməyin!

Uşaq immunitetinin zəifləməsinin səbəbləri aşağıdakılar ola bilər:

- vaxtından qabaq doğuş və ya uşaqda doğuş travmasının olması;

- anada hamiləlik dövründə olan problemlər (toksikozlar və s.);

- genetik meyilliliyin olması (yaxın qohumlarda immunitetin aşağı olması hallarına təsadüf edilməsi);

- uşağın ana südü ilə çox qısa bir müddət ərzində (6 aya qədər) əmizdirilməsi;

- uşağın qidalanmasına ana südü və ya süni süddən savayı, digər qidaların (sıyıq, püre, şirə və s.) vaxtından tez, çox gec və ya düzgün olmayan qaydada əlavə olunması;

- balanslaşdırılmamış qidalanma (vitaminlərin, mikroelementlərin çatışmazlığı);

- mədə-bağırsaq sisteminin, böyrəklərin, qara ciyərin, qalxanvari vəzinin xəstəlikləri;

- bağırsaqlarda qurdların, lyamblilərin olması;

- xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, otit, haymorit, kariesli dişlər) olması;

- xəstəliklər zamanı antibiotiklərdən, hərarəti salan və s. dərmanlardan əsassız şəkildə tez-tez istifadə olunması.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri