Icma.az
close
up
RU
Uşaqda qəbizlik varsa, səbəbi bu xəstəlik ola bilər DİQQƏT

Uşaqda qəbizlik varsa, səbəbi bu xəstəlik ola bilər DİQQƏT

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uşaqlarda qəbizlik hallarına tez-tez rast gəlinir. Bu isə onlarda müəyyən problemlərə, narahatlıqlara səbəb olur.

Bəs görəsən uşaqlarda qəbizliyi yaradan səbəblər hansılardır?

Bu haqda ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, uşaqlarda qəbizlik anaların qorxduğu bir haldır: "Nədənsə valideynlərin çoxu uşağın qəbiz olmasından qorxur. Kimisi uşağı tez-tez imalə etmək məcburiyyətində qalır, hər dəfəsində çöplə bağırsağı qıcıqlandırır, yaxud şam qoyur. Bu kimi invaziv müdaxilələr uşağın və ananın psixologiyasını pozur. Qəbizlikdən əziyyət çəkən uşaq hər defekasiyadan əvvəl həyəcan keçirir, ağrı qorxusu səbəbilə defekasiyanı ləngidir, bağırsaqda qalan nəcisin suyu sorularaq nəcis kütləsi daha da bərkiyir və beləliklə qüsurlu dövran yaranır, vəziyyət daha da ağır hala gəlir".

Həkim bildirir ki, uşaqlarda qəbizliyi yaradan səbəblər çoxdur: "95 faiz hallarda bu funksionaldır, yəni elə bir səbəbi yoxdur. Çünki süni qidaya keçəndə, əlavə qidaya başlayanda, inək südü, tualetə alışdırıldığı zamanlarda bu hallarla sıx rastlaşılır. Çox az hallarda anadangəlmə bağırsaq anomaliyası - Hirşprung xəstəliyi, megakolon, kistik fibroz və s-dir.

"Uşaqlarda qəbizliyin ağıla gəlməyən, lakin ölkəmizdə çox yayılmış, əsasən də endemik zonalarda yaşayan uşaqlarda səbəbi hipotireoz ola bilər. Bu, "zob" kimi tanınan qalxanabənzər vəzin funksiyasının zəif olmasıdır. Qəbizliyə bu hal da səbəb ola bilər. Ümumiyyətlə, doğulan hər körpə rutin qan analizlərindən keçəndə mütləq qalxanabənzər vəzin funksiyasına da baxılmalıdır. Dünyanın bütün ölkələrində doğulan hər uşaq bu vəz və başqa metabolik xəstəliklərə görə testdən keçirilir.

Qəbizlikdən başqa bu problemi olan uşaqlarda əqli inkişafdan qalma, nitqdə ləngimə, yaddaşsızlıq kimi əlamətlər də görülə bilər. Belə problemləri olan uşaqlarda da qalxanabənzər vəzin funksiyası yoxlanılsa, yaxşı olar. Beləliklə, övladınızın uzun sürən qəbizlik problemi varsa və səbəbi hələ də müəmmalıdırsa, "zob"u yoxlatdırmağı unutmayın".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri