Icma.az
close
up
RU
Uşaqdan sonra ailələrdə gərginlik niyə artır? Açıqlama

Uşaqdan sonra ailələrdə gərginlik niyə artır? Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Uşağın dünyaya gəlməsi ailənin həyatında ən böyük dəyişikliklərdən biri hesab olunur. Bu dövrdə diqqət əsasən körpənin sağlamlığına və qayğısına yönəlsə də, valideynlərin psixoloji vəziyyəti də xüsusi əhəmiyyət daşıyır. Yuxu rejiminin dəyişməsi, məsuliyyətin artması, yorğunluq və gündəlik həyatdakı dəyişikliklər yeni ana və atanın emosional vəziyyətinə təsir göstərə bilər. Bəzən bu dəyişikliklər ailə daxilində münasibətlərə də təsirsiz ötüşmür.
Uşağın dünyaya gəlməsindən sonra ana və ataların psixoloji vəziyyətində hansı dəyişikliklər baş verir? 
Psixoloq Aytən Ələkbərova Demokrat.az-a açıqlamasında bir qadının ana olmasının, doğuş keçirməsinin onun emosional durumunda müxtəlif psixoloji problemlərin yaranmasına səbəb ola biləcəyini bildirib. 
Psixoloqun fikrincə, xüsusilə doğuşdan sonrakı 40 gün və hətta 6 ay müddətində qadının psixoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir:
“Ona görə də biz hamiləlik terapiyalarında qayınanalara, atalara müraciət edərək bildiririk ki, hamiləlik dövründə və doğuşdan sonrakı mərhələlərdə qadının psixoloji durumunu mütləq nəzərə alsınlar. Məhz buna görə 40 gün müddətində bəzi qadınlar ana evində qalırlar. Çünki bu dövrdə onlar müxtəlif stres, həyəcan və övladını itirmək qorxusu yaşaya bilərlər. Sosial şəbəkələrdə də ana ölümü ilə bağlı müxtəlif paylaşımlar görürük. Hamilələr müraciət edərkən onların daha çox bu kimi qorxular və yaranan psixoloji sindromlarla bağlı problemlər yaşadıqlarının şahidi oluruq. Bəzən hamiləliyin müəyyən dövründə, məsələn, 6-7-ci ayında amniosentez müayinəsinə göndərilirlər. Amniosentezin nəticəsi ilə bağlı narahatlıq isə uşaq doğulana qədər davam edə bilər. Ana həmin müddətdə müxtəlif streslər keçirir: “Görəsən, mənim övladım sağlam doğulacaqmı?”, “Onun hər hansı fiziki qüsuru olmayacaqmı?” kimi suallar onu daim narahat edə bilər”.
Aytən Ələkbərova bütün bunlar ananın emosional durumuna təsir etdiyi üçün onun keçirdiyi psixoloji sarsıntıların həyat yoldaşı və ailə üzvləri tərəfindən nəzərə alınmalı olduğunu bildirib:
“Təəssüf ki, bəzən uşaq doğulduqdan sonra belə, xırda hesab edilə biləcək səs-küyə görə qadının reaksiyası və vəziyyəti anlaşılmır. Məsələn, “Səhər mən işə gedəcəyəm, uşağın səsini kəs” kimi ifadələr işlədilir. Sanki qadının yaşadığı proses başa düşülmür və onun psixoloji vəziyyəti nəzərə alınmır. Bu isə ailədə söz-söhbətə və gərginliyə gətirib çıxara bilər. Ona görə də ailələr qurularkən və övlad dünyaya gələrkən həm ana, həm də ata psixoloji dəstək və terapiyadan keçməlidir. Atalar öncədən bu prosesi anlamalı və gələcək həyat yoldaşlarının sağlamlığı naminə, övladlarının analı-atalı böyüməsi naminə bir-birlərinə qarşı daha anlayışlı olmalıdırlar”.
Fidan Hacızadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Avqust 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri