Icma.az
close
up
RU
Uşaqlar arasında kütləvi virus yayılıb?

Uşaqlar arasında kütləvi virus yayılıb?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Qızdırma, ishal, ürəkbulanma, boğaz ağrısı... Son bir həftədə sosial şəbəkələrdə ölkə ərazisində uşaqlar arasında kütləvi virusun yayıldığı iddia olunur. Hətta bu virusun yeni və təhlükəli olduğunu vurğulayanlar da var. Valideynlər bildirirlər ki, virusa yoluxan uşağın hərarəti 3-4 gün yüksəlir, kəskin boğaz ağrısı müşahidə olunur və heç bir dərman təsir etmir.

Bəs bu virus həqiqətən kütləvi xarakter daşıyırmı? Ən əsası, iddia olunduğu kimi yeni virusdur, yoxsa mövsümi xəstəlik?

"Yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir”

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən "Kaspi” qəzetinə verilən məlumata görə, ölkə ərazisində yoluxucu xəstəliklərlə bağlı vəziyyət tam sabitdir: "Hazırda yalnız mövsümə xas olan kəskin respirator virus infeksiyalarına yoluxma halları müşahidə edilir. Xəstəlik əsasən temperaturun yüksəlməsi, burun axması, boğaz ağrısı, öskürək və sair kataral simptomlarla özünü büruzə verir”.

"Vaksinasiya olunması vacibdir"

Qurumdan bildirilir ki, uşaqlar, hamilə qadınlar, xroniki xəstəliyi və ya immuniteti zəif olan şəxslər kəskin respirator virus infeksiyalarına daha çox həssasdırlar: "Onların mövsümi qrip əleyhinə vaksinasiya olunması vacibdir. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”.

Həmçinin xəstəliklə mübarizə üçün xüsusilə mövsüm dəyişikliyi zamanı vitaminlərlə zəngin qida qəbul etmək, fiziki aktivliyi qorumaq, mövsümə uyğun geyinmək, immun sistemini gücləndirmək məsləhət görülür.

"Antibiotik müalicəsi ilə simptomlarda dəyişiklik görülmür"

Pediatr Nigar Mirzəyeva deyir ki, son zamanlar uşaqlar arasında viral infeksiyalara rast gəlinir. Mütəxəssisin sözlərinə görə, xüsusilə də qrip peyvəndi olunmayan uşaqlarda influenzanın A və B tipi müşahidə olunur: "Uşaqlarda uzun müddət davam edən yüksək hərarət, ümumi halsızlıq, iştahasızlıq şikayəti ilə bizə müraciət olunur. Bu şikayətlərlə yanaşı, digər viral infeksiyalarda görülən respirator əlamətlər - burun axıntısı, boğaz ağrısı, öskürək müşahidə edilir. Virus bəzən ağır keçdiyindən valideynlər antibiotik müalicəsinə başlayırlar. Təbii ki, virus infeksiyalarının müalicəsində antibiotikin rolu olmadığı üçün simptomlarda dəyişiklik görülmür”.

"Diaqnozun 48 saatda qoyulması çox vacibdir"

Pediatrın sözlərinə görə, diaqnozun 48 saatda qoyulması çox vacibdir: "Çünki ilk 48 saat ərzində qoyulan diaqnoz nəticəsində başlanılan antiviral müalicə effektli olur. Qorunma yolu isə hər zaman qrip peyvəndidir. Qrip peyvəndi əsasən oktyabr və noyabr aylarında vurulur ki, influenzanın epidemiyası olanda uşaqları qoruya bilək”.

Mövsümi xəstəliklər - rotavirus

Pediatr-infeksionist Aytən Ziyadova bildirdi ki, mövsüm dəyişikliyi ilə bağlı olaraq, uşaqlarda mövsümi xəstəlikləri görmək mümkündür. İnfeksionistin sözlərinə görə, son zamanlar müşahidə olunan virus, əsasən rotavirusdur: "Rotavirus, xüsusilə uşaqlarda mədə-bağırsaq infeksiyalarına səbəb olan, çox yüksək yoluxma qabiliyyətinə malik bir virusdur. Bu xəstəlik uşaqlarda güclü ishal, qusma və bədən temperaturunun yüksəlməsi ilə özünü göstərir. Əgər uşaqda qidalanmada problem yaranarsa və su itkisi baş verərsə, bəzən həyati təhlükə yarada bilər”.

İlk beş yaş risklidir...

Rotavirusun yaranma səbəbinə gəldikdə, həkim bildirir ki, uşaqların xüsusilə ilk beş yaşında bu xəstəliyə tutulma riski daha yüksəkdir: "Rotavirus, Reoviridae ailəsinin üzvü olan bir virusdur. Virus tualet vasitəsilə və ya infeksiyalı şəxsin əşyalarına təmas nəticəsində yayılır. Rotavirus infeksiyasına yoluxmuş şəxs, xüsusilə ishal dövründə virusu çox miqdarda yayır. Virus, həmçinin infeksiya daşıyıcısı olan əşyalar və ya çirklənmiş su vasitəsilə də yayıla bilər”.

Güclü ishal, qusma, yüksək hərarət

Virusun simptomlarına gəldikdə isə, mütəxəssis vurğulayır ki, rotavirus infeksiyasının simptomları ümumiyyətlə 1-3 gün sonra meydana gəlir. Simptomlar güclü ishal, qusma, yüksək hərarətdir. İnfeksiya bədən temperaturunun 38°C və ya daha yüksək olmasına səbəb ola bilər. Həmçinin bu virus ürəkbulanma və halsızlıqla da özünü göstərir".

Vaksinasiya, təmiz mühit, sağlam qidalanma

Virusdan qorunma yollarına gəldikdə isə, həkim bildirir ki, uşaqların əllərini yeməkdən əvvəl və tualetdən sonra yaxşıca yuyulduğuna əmin olmalıyıq. Vaksinasiya, təmiz mühit, sağlam qidalanma, sosial məsafə və maskalardan istifadə etməklə bu virusdan qorunmaq mümkündür”. /qaynarinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri