Icma.az
close
up
RU
Uşaqlar çimərlikdən qaçır dənizanası sancmaları artdı FOTO

Uşaqlar çimərlikdən qaçır dənizanası sancmaları artdı FOTO

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Bu yay Delaver sahillərində dənizanası sayının kəskin artması çimərlik ziyarətçilərinə gözlənilməz narahatlıq yaradıb, yay əyləncəsini yarımçıq kəssə də, tam dayandırmayıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, çimərlik patrul kapitanları iyul ayında dənizanası aktivliyi və sancmalarında son illərin ən böyük artımını müşahidə etdiklərini bildiriblər.

"Lewes Beach" çimərliyində əvvəlki illərlə müqayisədə dörd dəfə çox sancma hadisəsi qeydə alıb.

Yay aylarında Delaver sularında tez-tez rast gəlinən növlərə "lions mane" (uzunluğu 30 santı metrə çatan tentakllara malik növ), "sea nettle" və "moon jellyfish" daxildir.

Son illərdə Meyndən Floridaya qədər dənizanası artımları adi hala çevrilib. Suların isinməsi onların çoxalması üçün ideal şərait yaradır.

Adətən, Delaver ştatının beş dövlət parkında yay ərzində cəmi bir neçə sancma hadisəsi qeydə alınır, deyə çimərlik patrulu kapitanı Beyli Noel bildirib. Lakin "Fenwick Island State Park" bu yaxınlarda cəmi bir iyul günündə 92 sancma hadisəsi qeyd edib. Üç xilasedici isə dənizanası ilə dolu sularda üzgüçülük etdikdən sonra təcili yardıma aparılıb.

Filadelfiya sakini Kristina Cons bildirib ki, Delaverin "Towers Beach" sahilindəki dənizanası onun iki qızını elə qorxudub ki, sancıldıqdan sonra bir daha suya girməyiblər.

Beyli Noel deyib ki, Delaver Dövlət Çimərlik Patrulu bu il artan hadisələrə görə dənizanası sancmalarını izləməyə başlayıb. Əksər patrullar bu məlumatı ümumiyyətlə toplamır.

"Lewes Beach" patrulu 2024-cü ildə 295 sancma hadisəsi qeydə alıb (məlumat ilk dəfə toplanıb), 2025-ci ildə isə artıq 1 200-dən çox sancma baş verib, deyə kapitan Strohm Edvards vurğulayıb. Xilasedicilər indi sirkə məhlulları daşıyır ki, zəhərin təsirini neytrallaşdıraraq ağrını azaltsınlar.

Lakin bəzi araşdırmalara görə, sirkə məhlulu mikroskopik zəhərli tikanları, nematosistləri aktivləşdirə bilər. Bu səbəbdən bəzi mütəxəssislər çörək sodasından hazırlanmış məhlulu tövsiyə edir.

Edvardsın sözlərinə görə, Delaverin "lions mane" və "sea nettle" növlərinin sancmaları zəhərli olsa da, adətən yalnız yüngül qıcıqlanma və ağrıya səbəb olur. Amma güclü allergik reaksiya, ürəkbulanma, qusma və nəfəsalma çətinliyi hallarında xilasedicilər müdaxilə edə bilirlər.

Dənizanası populyasiyasının qəfil artımına "bloom" deyilir və bu, qeyri-adi hal deyil, deyə təqaüdçü dəniz biologiyası üzrə alim Gisel Myuller-Parker xatırladıb.

O, iyul ayında Lewes Beach sahilində hər gün gəzintisi zamanı onlarla "lions mane" görüb. Temperatur, duzluluq və qida bolluğu onların çoxalmasına təsir edir və isti sular kimi əlverişli şəraitdə populyasiya partlayışa səbəb ola bilər.

"Bu il heç vaxt belə bir şey görməmişik", - deyə Myuller-Parker əlavə edib.

Onun sözlərinə görə, dənizanası artıq həyat dövrünün son mərhələsindədir, çoxalma prosesini tamamlayaraq yumurtalarını qoyur. Sular soyuyanda bu dənizanası öləcək, deyə Smitsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyində tədqiqatçı əməkdaş olan Kit Bayha vurğulayıb.

Bayhanın sözlərinə görə, dənizanası artımı ekosistemlərə və dəniz sənayesinə zərər verə bilər. Balıq sürfələri əsasən planktonla qidalanır, lakin dənizanası həm planktonu, həm də balığı yeyə bilir. Üstəlik, onların az sayda təbii yırtıcısı var və bu, qida zəncirində "ekoloji çıxılmaz nöqtə" yaradır.

Delaverin bu yay yaşadığı artım tək deyil. Florida ştatının Volusia County bölgəsi Memorial Day həftəsonunda yüzlərlə sancma hadisəsi qeydə alıb. Massaçusetsin Qloster şəhəri iyulun ortalarında çimərlik ziyarətçilərinə dənizanası ilə bağlı təhlükəsizlik xəbərdarlığı edib. İyunda isə Meyn ştatının Ogunquit Yanğınsöndürmə Departamenti sancma hallarının artmasından sonra çimərlik ziyarətçilərini xəbərdar edib.

Dənizanası ilə bağlı elmi tədqiqatlar azdır, lakin Myuller-Parker ümid edir ki, onların ekoloji təsirlərini qiymətləndirmək və təhlükəsizlik xəbərdarlıqlarını təkmilləşdirmək üçün daha çox iş görüləcək.

Hələlik bəzi bəxtsiz çimərlik ziyarətçiləri ev üsullarına arxalanmalı olacaqlar. Massaçusets sakini Keti Malloy-Harderin üçüncü sinifdə oxuyan bacısı oğlu sancıldıqda, "Artıq heç vaxt çimərliyə gəlməyəcəyəm", - deyə o, ağlayıb. Onun üçün iki mağaza gəzərək sirkə tapmaq lazım gəlib. Amma Malloy-Harderin sözlərinə görə, sancının təsiri keçdikdən sonra və hadisəni danışandan sonra uşaq yenidən çimərliyə qayıtmaqda maraqlı olub.

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri