Icma.az
close
up
RU
Uşaqlar himayədar ailəyə daha tez veriləcək VACİB XƏBƏRDARLIQ

Uşaqlar himayədar ailəyə daha tez veriləcək VACİB XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən himayədar ailə modelinin tətbiqi ilə bağlı prosedurlar sadələşdirilib. Yeni dəyişikliklərə əsasən, himayədar valideyn namizədləri üçün təlimlərin onlayn keçirilməsi mümkün olacaq, uşağın uyğun ailəyə seçilməsi müddəti isə 7 iş günündən 5 iş gününə endirilib. Bununla yanaşı, himayədar ailəyə keçid prosesinin minimum müddəti iki həftəyə qədər azaldılıb.

Himayədar valideyn namizədləri üçün təlimlərin onlayn formatda keçirilməsi sizcə nə dərəcədə effektivdir? Uşağın himayədar ailəyə yerləşdirilməsi prosesinin minimum iki həftəyə endirilməsi müsbət addımdır, yoxsa bu qədər qısa müddət bəzi hallarda kifayət etməyə bilər?

Psixoloq Zeynəb Əyyubova Redaktor.az-a açıqlamasında bildirdi ki, himayədar ailə modelində prosedurların sadələşdirilməsi ümumilikdə müsbət addımdır:

"Çünki əsas məqsəd uşağın təhlükəsiz və qayğıkeş ailə mühitinə mümkün qədər vaxtında yerləşdirilməsidir. Lakin bu prosesdə sürət heç zaman uşağın təhlükəsizliyindən və psixoloji ehtiyaclarından üstün tutulmamalıdır. Himayədar valideyn namizədləri üçün təlimlərin onlayn formatda keçirilməsi müəyyən üstünlüklər yarada bilər. Bu, namizədlərin təlimlərə daha rahat qoşulmasına, vaxt və məsafə məhdudiyyətlərinin azalmasına imkan verir. Xüsusilə nəzəri biliklərin, yəni uşağın yaş xüsusiyyətləri, travma, davranış çətinlikləri, ünsiyyət, eləcə də himayədarlığın hüquqi və etik tərəflərinin çatdırılmasında onlayn format kifayət qədər effektiv ola bilər.

Amma burada vacib bir məqam var: onlayn təlim yalnız təlimin keçirilmə üsuludur, namizədin himayədar valideynliyə uyğunluğunun qiymətləndirilməsini əvəz edə bilməz".

Müsahibimiz qeyd etdi ki, uşağın təhlükəsizliyi baxımından namizədin psixoloji vəziyyəti, motivasiyası, emosional sabitliyi, stressə davamlılığı, uşağın keçmiş travmalarına və davranış xüsusiyyətlərinə münasibəti, eləcə də ailə daxilində digər şəxslərin bu prosesə hazırlığı ayrıca qiymətləndirilməlidir:

"Bu qiymətləndirmənin yalnız onlayn görüşlərlə məhdudlaşdırılması düzgün olmazdı. İkinci məsələ uşağın himayədar ailəyə yerləşdirilməsi müddətinin iki həftəyə qədər azaldılmasıdır. Bunun müsbət tərəfi odur ki, uşaq uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmır və uyğun ailə müəyyən edildikdə onun daha tez sabit və təhlükəsiz mühitə keçidi təmin olunur.

Amma “iki həftə”ni bütün uşaqlar üçün universal və kifayət edən müddət kimi qəbul etmək olmaz. Hər uşağın yaşı, əvvəlki həyat təcrübəsi, ailədən ayrılma səbəbi, keçmiş travmaları, emosional vəziyyəti və xüsusi ehtiyacları fərqlidir. Bəzi uşaqlar üçün keçid prosesinin sürətli olması faydalı ola bilər, digərləri isə yeni ailəyə uyğunlaşmaq üçün daha çox hazırlıq və mərhələli keçid tələb edə bilər".

Z.Əyyubovanın sözlərinə görə, psixoloji baxımdan burada əsas meyar müddət deyil, uşağın konkret ehtiyaclarına uyğunluq olmalıdır:

"Yəni proses iki həftədən tez və ya iki həftə ərzində həyata keçirilə bilər, amma yalnız lazımi qiymətləndirmələr aparılıbsa, ailə uşağın ehtiyaclarına real olaraq hazırdırsa və uşağın təhlükəsizliyi təmin olunursa. Həmçinin uşağın özü də prosesin passiv tərəfi kimi qəbul edilməməlidir. Onun yaşı və inkişaf səviyyəsi imkan verdiyi qədər fikri, qorxuları, gözləntiləri və yeni ailə ilə bağlı hissləri nəzərə alınmalıdır. Uşağa “səni bu ailəyə yerləşdiririk” yanaşmasından daha çox, “sənin üçün təhlükəsiz və qayğıkeş bir mühit yaratmağa çalışırıq” mesajı verilməlidir".

Həmsöhbətimizin fikrincə, prosedurların sadələşdirilməsi məqsədəuyğundur, amma sadələşdirmə qiymətləndirmənin keyfiyyətinin azalması demək olmamalıdır:

"Əksinə, proses sürətlənirsə, risklərin müəyyənləşdirilməsi və uşağın psixoloji hazırlığı daha sistemli şəkildə təşkil edilməlidir.

Ən vacib prinsip budur: himayədar ailəyə yerləşdirmədə əsas sual “uşağı nə qədər tez yerləşdirə bilərik?” yox, “bu uşaq üçün ən təhlükəsiz və ən uyğun ailə hansıdır?” olmalıdır".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri