Uşaqlar liqa oyununda köhnə toplarla oynayır? AFFA dan açıqlama FOTOLAR
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Sosial şəbəkələrdə U-13 Liqasında futbolçuların köhnə və cırılmış topla oynadıqları barədə foto yayılıb.
Publika.az xəbər verir ki, idman jurnalisti Mirələm Həsənli U-13 Liqasının oyunları üçün bu gün verilən topların şəklini paylaşıb. Görüntüdə topların pis durumda olduğu aydın hiss olunur.
AFFA saytımıza məsələ ilə bağlı mövqeyini açıqlayıb:
“Bunlar ehtiyat toplardır. Hər hansı fors-major vəziyyətdə istifadə olunur. Bu gün səhər saatlarında yeni toplar gətirilməli idi. Oyunların vaxtında başlaması, gecikməməsi üçün birinci hissələr ehtiyat toplarla oynanıldı. Növbəti oyunlarda artıq komandalar yeni toplarla təmin olundular. Topların gec gəlməsi ilə bağlı tərəfimizdən araşdırma aparılacaq və müvafiq addımlar atılacaq”.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 18 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















