Icma.az
close
up
RU
​Uşaqlar səhnədə möcüzə yaratdı: “Nağılçı” səfirləri heyran qoydu

​Uşaqlar səhnədə möcüzə yaratdı: “Nağılçı” səfirləri heyran qoydu

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Uşaqların yaradıcılığını, özünəinamını və ingilis dili bacarıqlarını inkişaf etdirməyi hədəfləyən “Nağılçı” sosial biznesi iyun ayında iki böyük teatr layihəsini uğurla təqdim edib.

Metbuat.az xəbər verir ki, yüzlərlə tamaşaçının izlədiyi “Tıq-Tıq Xanım: Sonra nə oldu?” və “Arşın Mal Alan” tamaşaları gənc istedadların zəhmətini və yaradıcı potensialını nümayiş etdirib. 2019-cu ildən fəaliyyət göstərən “Nağılçı” teatrı uşaqlar üçün yalnız səhnə sənəti deyil, həm də əməkdaşlıq, liderlik və özünüifadə platformasına çevirir. Layihə çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar peşəkar məşq prosesi keçərək ingilis dilində çıxış edirlər.

İyunun ilk tədbiri olan “Tıq-Tıq Xanım: Sonra nə oldu?” klassik Azərbaycan nağılının müasir davamı kimi təqdim olunaraq dostluq, cəsarət və məsuliyyət kimi dəyərləri ön plana çıxarıb. İyunun 22-də isə musiqi mədəniyyətimizin şah əsəri “Arşın Mal Alan” ingilis dilində səhnələşdirilib. Milli irsimizin dünya dili vasitəsilə təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Hər iki tədbirdən əvvəl uşaqların əl işlərindən ibarət sərgi və kiçik yarmarka da təşkil olunub.

“Nağılçı”nın iyun ayı uğurları beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmayıb. Tamaşaları izləyən Litva Respublikasının Azərbaycandakı səfiri və ABŞ-ın mədəniyyət üzrə müşaviri uşaqların çıxışlarını yüksək qiymətləndirərək, layihənin ingilis dili tədrisi və mədəniyyətlərarası dialoqa verdiyi töhfəni xüsusi vurğulayıblar.

Fəaliyyətini tamamilə sosial biznes modeli üzərində quran “Nağılçı” inklüziv yanaşmanı əsas prinsip hesab edir; burada müxtəlif bacarıqlara malik uşaqlar eyni səhnəni paylaşırlar. Ən diqqətçəkən məqam isə odur ki, satılan hər biletin 10 faizi regionlarda yaşayan uşaqların yaradıcılıq və inkişaf imkanlarının genişləndirilməsinə yönəldilir. Bununla da hər bir tamaşaçı həm sənətə baxır, həm də bölgələrdəki uşaqların gələcəyinə birbaşa dəstək olur. Sosial biznes platforması qarşıdakı aylarda yeni tamaşalar və beynəlxalq əməkdaşlıqlarla daha çox uşağa çatmağı hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri