Icma.az
close
up
RU
Uşaqlar təhlükədədir: Yeniyetmələrdə aqressiya elə belə “partlamır” TƏHLİL

Uşaqlar təhlükədədir: Yeniyetmələrdə aqressiya elə belə “partlamır” TƏHLİL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şiddəti artıran gizli mənbələr - internet, nəzarətsizlik və ailə böhranıdır

  Ağcabədidə IX sinif şagirdinin intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bununla bağlı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə “Şərq”ə açıqlamasında danışıb. K.Ağazadə bildirib ki, əldə etdiyi məlumata görə, 9-cu sinif şagirdinin intiharına səbəb, heç də ehtimal edildiyi kimi açıq-saçıq fotolarının kimlərsə tərəfindən yayılması deyil. Xatırladaq ki, bir neçə gün əvvəl Ağcabədidə IX sinif şagirdi qızın intihar etməsi xəbəri yayıldı. K.Ağazadə feysbuk səhifəsində paylaşım edərək xəbərin Ağcabədidən göndərildiyini bildirdi. K.Ağazadəyə göndərilən mesajın mətni isə belə idi: “Ağcabədidə 9-cu sinif şagirdi özünü asıb, 4 gün əvvəl. Səbəb bəlli eyil. Ehtimallar var. Qızın keçən il açıq şəkilləri yayılıb. Bununla bağlı məktəb rəhbərliyi ailəni çağırdı, danışdılar. Bu il qız dərslərinə ciddi yanaşırdı, oxuyurdu. Birinci gün məktəbə gəlmədi. Anası yeni əməliyyat olunduğu üçün icazə almışdı. 2-ci gün də gəlmədi. Günorta öyrəndik ki, ana ilə ata xəstəxanaya gedib. Qız evdə tək olduğu vaxt özünü asıb. Onsuz da o körpənin həyatı məhv oldu. Mənim arzum budur ki, onu o yola sürükləyənlər cəza alsın. Hansı ki şəkillərini paylaşıblar. Cəmiyyətdə adını kişi qoyub bu cür hərəkət edənlər cəza almalıdır. Çox xahiş edirəm, adım anonim qalsın”. K.Ağazadə öz növbəsində hüquq-mühafizə orqanları, aidiyyətli qurumlardan hadisənin araşdırılmasını xahiş edirdi. 

“Şərq”ə açıqlamasında K.Ağazadə qeyd etdi ki, yeniyetmənin intiharına səbəb açıq-saçıq fotolarının guya kimlərsə tərəfindən paylaşılması xəbəri təsdiqini tapmayıb: “Bildiyim budur ki, Ağcabədidən məlumatlar aldığım zaman, uşağın heç bir probleminin olmadığı, amma ailəsində ona qarşı müəyyən davranışların sərgiləndiyi bildirilib. Orada heç bir açıq-saçıq şəkil olmayıb. Mən müəyyən adamlarla danışmışam. Yeniyetmə deyək ki, bir dodaq boyası, ətir şəkli qoyub. Bunlara görə niyə uşağı linç etsinlər ki?!. Adi şəkillərdir”. 

K.Ağazadə hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırmanın davam etdiyini bildirdi.  

Təhsil eksperti Elçin Süleymanov “Şərq”ə açıqlamasında bildirdi ki, orta məktəb şagirdləri, yeniyetmələrlə bağlı baş verən xoşagəlməz və hətta faciəli hadisələr, şiddətə, bullinqə meyillilik təəssüf doğurur: 

- Amma bu təkcə təhsil müəssisəsinə aid məsələ deyil, bu, ümumən cəmiyyətlə əlaqədardır. Problemin nədən qaynaqlandığını yalnız məktəb daxilində axtarsaq, doğru nəticə əldə etməyəcəyik. Problemi məktəbə yönəltmək yox, problemin mənbəyinə enmək, səbəbləri tapmaq lazımdır. Belə olarsa, biz bu cür hadisələr nədən, hansı səbəblərdən baş verir, sualına cavab tapa bilərik. Elmi təhlillər onu göstərir ki, uşaqlar, yeniyetmələr arasında aqressiyanın artmasına səbəb kompüterə, sosial şəbəkələrə, internet resurslara sərbəst çıxış və orada paylaşılan materiallara aludəlik, şiddəti təbliğ edən, şiddətə, zorakılığa yönəldən kompüter oyunları, uşaqların müəyyən qədər nəzarətsiz qalması, küçədə, həyətdə yaşıdlarıyla mübahisə etməsi, ailədaxili münaqişələr, valideynlərin bir-biriylə yola getməməsi, ailədə sevgi və şəfqətin azalmasıdır. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir, sosial şəbəkələrdə kriminal məzmunlu materiallar, uşaqların zorakılığa, yaşıdlarına öz gücünü, üstünlüyünü, “nüfuzunu” göstərməyə meyillənməsinə səbəb olur. Şagirdlər nəzarətsiz buraxılmamalıdır. İstər məktəbdə, istərsə də məktəbdən sonra evdə, ailə daxilində uşaqlara daim ciddi nəzarət olmalıdır. Valideyn övladının davranışlarına diqqət etməlidir. Kimlərlə dostluq edir və necə dostluq edir, uşağın maraq dairəsi nədən ibarətdir? Nəyin doğru, nəyin yanlış olduğunu ilk növbədə valideyn övladına izah etməlidir. Amma əgər valideyn özü yanlışı doğrudan ayıra bilmirsə, o zaman vəziyyət dəyişir. Bu zaman məktəb, sinif müəllimi, müəllimlər dövrəyə daxil olmalıdır. Müəllimlər şagirdlərin dostu, sirdaşı olmalıdır. Elə bir insan ki, uşaq valideyninə deyə bilmədiyini müəllimə desin, valideynin almadığı köməyi, dəstəyi müəllimindən alsın. Hansı ailədə ki böyüklər arasında zorakılıq var, ailədə mehriban, qarşılıqlı hörmət mühiti yoxdur, uşaq nə öyrənəcək, nə əxz edəcək o böyüklərdən, öz valideynlərindən? Bu halda yük - vəzifə məktəbin, müəllimlərin üzərinə düşür artıq. Müəllim təcrübəli psixoloq və sosioloq kimi hər bir şagirdə fərdi yanaşmalıdır. Axı müəllim sinifdə hansı şagirdin dəcəl, sözə baxmayan, “ipə-sapa yatmayan”, yaxud da qəmli, fikirli, fikri yayınıq olduğunu görür, bilir. Yəni görməlidir, hiss etməlidir, həmin şagirdlə səmimi söhbət etməli, problemini öyrənməli və kömək etməyə çalışmalıdır. Müəllim maraqlanmalıdır, o şagirdin ailəsiylə. Açıq olmasa da, gizli şəkildə. Əgər müəyyən edilsə ki, ailədə problem var, o zaman müəllim ananı əvəz etməlidir. Çalışmalıdır ki, şagird düzgün tərbiyə alsın, davranışları dəyişsin. Ona görə biz hər zaman vurğulayırıq ki, məktəblə ailə uşaqların təlim-tərbiyəsində birgə iştirak etməlidir. Birtərəfli tərbiyə lazımi effekt verməyəcək. Məktəb psixoloqları da iş aparmalıdır şagirdlərlə. Ümumiyyətlə, yaxşı pedaqoq, həm də təcrübəli psixoloqdur. Sinifdə müəllim həm pedaqoq kimi, həm də psixoloq kimi davranırsa, o sinfin şagirdlərinin yanlış istiqamətlərə yönəlməsi ehtimalı aşağıdır. Yüksək ixtisaslı, bacarıqlı, uşaqlarla lazımi şəkildə davrana bilən pedaqoqlarımız çoxdur. Lakin bunu da nəzərə almalıyıq ki, uşaqlar bir çox istiqamətlərdən təhlükələrlə üz-üzədirlər. Dediyim kimi, müasir texnologiyalar, internet resursları, smartfonlarda müxtəlif platformalara sərbəst giriş imkanı uşaqlarımız üçün böyük təhlükə daşıyır. Ona görə də problemə birtərəfli yanaşma müsbət nəticə əldə etməyimizə mane olar. Aqressiyanın mənbəyinə enmək, kökünə baxmaq lazımdır ki, haradan, nədən qaynaqlanır. Şagirdlərin aqressiv davranışı psixoloqlar tərəfindən araşdırılmalı, uşaqlar doğru yola yönləndirilməlidir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri