Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaqlar üçün idman növü seçəndə diqqətli olun VALİDEYNLƏRƏ TÖVSİYƏ

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Azyaşlı uşaqlar, xüsusən də, oğlan uşaqları çox zaman idman növlərindən boksa, karateyə, bir sözlə, döyüş növlərinə meylli olurlar.

Övladlarının bu istəyini yerinə yetirən valideynlər də yaşından, fiziki sağlamlığından asılı olmayaraq, övladlarını həmin idman növlərinə yazdırırlar.

Təbii ki, uşaq idman məktəbinə gedərkən həkim müayinəsindən keçmir. Elə idman müəllimləri var ki, bunu tələb belə etmirlər. Məhz buna görədir ki, bəzən qan azlığı, ürək qüsuru yaşayan uşaqlar bu cür idman növü ilə məşğul olandan sonra müxtəlif bədbəxt hadisələrlə, hətta ölümlə üzləşə bilirlər.

Musavat.com bildirir ki, uşaqlara ağırlığa meylli idmanlarla məşğul olmaq zərərlidir. Çünki onlar inkişaf mərhələsində olduqları üçün güclü məşğələlərə davam gətirə bilmirlər. Uşaqlıq dövründə sümüklər hələ inkişafa açıqdır, ürək tutumu fərqlidir, karbohidrat anbarı yetkin insanlarla müqayisədə daha azdır.

Mütəxəssislərin fikrincə, 2-3 yaş arası uşaqlar qaçma, tutma və tullanma kimi hərəkətləri edə bilirlər. Bu səbəbdən bağçada qaçma, getmə, rəqs etmə, suda nəzarət altında oynama və təcrübəli şəxslərin nəzarəti altında gimnastika hərəkətləri ola bilər. 4-6 yaş: rəqs, üzmə, gimnastika, ip atlama və üç təkərli velosipedə minmək kimi idmanlar idealdır. 7-10 yaş: gimnastika, üzmə, futbol, basketbol, voleybol, həndbol, velosiped, tennis və üzmə kimi idmanlarla əlaqədar təməl təhsilə yönləndirilə bilər. 10 yaş və sonrası: əvvəlki yaşlarda başladıqları idmanları daha mütəşəkkil olaraq etməyə davam edərkən atletizm, güləş başlaya bilər. Bir neçə il sonra isə güc tələb edən boks, taekvando və karateyə də keçə bilərlər.

Uşağın 14 yaşından əvvəl boks, güləş və karateyə başlaması məsləhət deyil. Çünki sümüyün inkişafı hələ tamamlanmayıb və bədənə ağırlıq salan bu idman növü bədən üçün zərərli ola bilər. Xüsusilə bu dövrdə uşağın başlayacağı idmana, fiziki quruluşunun uyğun olub olmadığı çox əhəmiyyətlidir. İdman növlərinin başlama yaşı isə bu cürdür: atletizm 10-12 yaş, basketbol 7-8 yaş, boks 13-14 yaş, velosiped 14-15 yaş, artistik gimnastika 5-6 yaş, gimnastika 6-7 yaş, xizək 6-7 yaş, futbol 10-12 yaş, üzmə 3-7 yaş, cüdo 8-10 yaş.

Maraqlıdır, bəs sağlamlıq üçün uşaqları daha çox hansı idman növünə qoymaq olar?

İdmançı Kamil Zeynallı bildirdi ki, uşağın hansı idman növünə meylli olduğunu öyrənib onu yaşına uyğun düzgün yönəltmək lazımdır: "8-9 yaşlı uşağı gətirib trenajora yazdırmaq istəyirlər. Mən buna icazə vermirəm ki, uşağın yetişməsinə trenajor ziyandır. Çünki trenajorda hər şey ağırlığın üzərinə qurulub. Mən uşaqları daha çox əlbəyaxa və özünümüdafiə döyüşlərinə yönəldirəm ki, uşaq həm də gələcəyin kişisidir, atasıdır. İndidən özünü müdafiə etməyi bacarmalıdır. Bunu da valideynlərə başa salıram. Özləri də razı qalırlar. Uşağın qolunun, ayağının sınması kimi hadisələr idmanda mümkündür. Travmasız idman növü olmur. Əksinə, uşaq belə mərhələləri keçməlidir ki, dözümlü, iradəli olsun. Sağlamlıq üçün hansı idman növünün seçilməsinin fərqi yoxdur. Əsas odur ki, uşaq hərəkətdə olsun. Uşağın sağlamlığına birinci valideyn nəzər yetirməlidir. Uşaq var ki, 8-9 yaşı var, 50-60 kilodur. Hər şey valideynlərdən irəli gəlir. Uşağa fast-food yedirirlər. Düşünmürlər ki, bununla uşağın gələcəyinə zərər yetirirlər. Əgər valideyn uşağın yemək-içməyinə fikir verməyəcəksə, tək idmanla sağlamlıq ola bilməz. Arıqlamaq istəyən xanımın da, bəyin də formaya düşməsi üçün 70 faiz qida, sonra isə idman əsas rol oynayır".

K.Zeynallı qız uşaqlarını yüngül atletikaya, gimnastikaya qoymağı məsləhət gördüyünü dedi: "Bu idman növü qızın qamətinə, bədən quruluşuna, düzgün böyüməsinə, inkişafına, sağlamlığına xeyirlidir. Üzgüçülük, yüngül atletika ən çox qız uşaqlarına qamətinə, boyuna və sağlamlığına görə lazımlıdır".

Pediatr Vaqif Qarayev isə deyir ki, aqressiv idman növləri uşaqların psixikasında aqressiya yaradır: "Uşağın sağlam böyüməsi üçün idman hava-su kimi vacibdir. Uşaqlar aqressiv oyunlara, kinolara çox baxdıqlarına görə daha çox aqressiya tələb edən idmana meyl edirlər. Mən bunu qəbul etmirəm. Xüsusən də kiçik yaşlı uşaqlar gərgin məşqlərə dözmür. İdmanın elə növləri var ki, uşaqları boy baxımından fiziki inkişafdan saxlayır. Mənim valideynlərə təklifim budur ki, uşaqlarını üzgüçülüyə qoysunlar. Bu həm idmandır, həm də suyun sağlamlığa çox ciddi faydaları var. İstər uşaqların normal böyüməsində, çəki atmasında, psixikanın inkişafında üzgüçülüyün çox böyük rolu var. Burada çətin heç nə yoxdur. Uşağı lazımsız dərnəklərə sürükləməkdənsə, üzməyə aparın. Əgər üzgüçülük istəməsəniz, gimnastika da çox gözəl idman növü sayılır. Burada da heç bir aqressiya yoxdur. İstər oğlanlarda, istərsə də qızlarda  əzələ kütləsinin inkişafında, bədənin formalaşmasında, xüsusən də qamətin düzgün olmasında həm gimnastikanın, həm də üzgüçülüyün rolu müqayisə olunmazdır. Mən həkim olaraq bu iki idman növünü məsləhət görərdim. Düzdür, oğlan uşaqları özünü müdafiə etməyi bacarmalıdır, bu mütləqdir. Amma özünü müdafiə etmək üçün bütün oğlanlar professional idmançı olmalıdır? Əzələsində güc olsa, bu, bəs edir".

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see341

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see321

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see285

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see284

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see283

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see278

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see271

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see262

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see262

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see258

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see245

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see244

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see241

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see230

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see226

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see225

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see224

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see221

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see218

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri