Icma.az
close
up
RU
Uşaqlar üçün idman zalı seçərkən nələrə diqqət etməliyik?

Uşaqlar üçün idman zalı seçərkən nələrə diqqət etməliyik?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər ölkəmizdəki idman zallarında baş verən neqativ hallar valideynlərin narahatlığına səbəb olub. Bir çox valideynlər bu səbəblərə görə övladlarını idmandan uzaqlaşdırır.
Məsələ ilə bağlı "Rekord.az" saytının baş redaktoru Kənan Məstəliyev Demokrat.az-a danışıb: 
"Hər bir idman növü individualdır. Hər birinin zalda müvafiq təhlükəsizlik tədbirləri olmalıdır. Tədbirlər idmanın növünə görə dəyişə bilir. 
Təhlükəsizlik tədbiri dedikdə hansısa avadanlıq nəzərdə tutulmur. Mühafizəçi sistemi də heç nəyi dəyişmir. Bu halların çox sadə iki çıxış yolu var. Birincisi, hansısa idman növünün federasiyasının tanıdığı lisenziyalı, peşəkar mütəxəssis olmalıdır. Övladınızı  idmana yazdıran zaman müəllimin həmin dərsi keçməyə icazəsi olduğunu öyrənmək lazımdır. Uğur qazanmaqdan başqa müəllimin işə yanaşmasının doğru olub-olmadığını bilmək vacibdir. İdman sadəcə idmançı deyil, vətəndaş yetişdirməkdir. Müəllimin qadın və ya kişi olması fərq eləmir. Ana-atadan ayrı olan uşaq üçün müəllim məşq zalında valideyn hesab olunur. Buna görə də düzgün məşqçi seçmək lazımdır".
O bildirib ki, peşəkar məşqçinin verdiyi tapşırıqları düzgün həyata keçirmək lazımdır:
"Məsələn, boks zalında məşqçinin özünümüdafiə tapşırıqlarını düzgün yerinə yetirməmək ciddi fəsadlar yarada bilər. Doğru müdafiə olunmamaq ölümlə belə nəticələnə bilər. Məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirmək hər bir idman növündə vacibdir. 
Son illərdə baş verən hadisələr hansısa avadanlıqla və.s bağlı deyil. Sırf məşqçinin peşəkar olub-olmaması, işə yanaşması ilə əlaqədardır. Baş verən hadisələrdə məşqçilər işlərinə qeyri-peşəkar yanaşmış olur. Müvafiq orqanlar öz məşqçilərinə daha çox diqqət ayırarsa, tələbkar olarsa, heç bir problem qalmaz".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Dekabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri