Icma.az
close
up
RU
Uşaqlar zəhərlənib, vəziyyətləri ağırdır Mərkəzi Nəbatat Bağı ilə bağlı daha bir iddia

Uşaqlar zəhərlənib, vəziyyətləri ağırdır Mərkəzi Nəbatat Bağı ilə bağlı daha bir iddia

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Mərkəzi Nəbatat Bağı ilə bağlı daha bir iddia irəli sürülüb.

Ölkə.Az xəbər verir ki, ötən həftə azyaşlını ilan sancması xəbərləri ilə gündəmə gələn Bağda bu dəfə də uşaqların zəhərləndiyi bildirilir.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

“Bir neçə gün əvvəl qızım dostları ilə birlikdə getdiyi Mərkəzi Nəbatat Bağından zəhərlənmiş vəziyyətdə gəlib. Uşaqlar günlərdir çox ağır vəziyyətdədir. Oradakı piknik bölgəsində dərmanlama işləri getdiyi halda heç bir yazı, məlumat olmadığını dedilər. Vəziyyət o qədər ağırdır ki, dərmanlar sağalmasına kömək etmir. Bu insanlıq deyil, biabırçılıqdır. Uşaqlar ölə bilərdi. Çox ehtiyatlı olun, ora qəti şəkildə getməyin”, - deyə Məhbubə Məmmədli adlı sosial şəbəkə istifadəçisi yazıb.

Xanım daha sonra dərmanlanma işlərinin aparılması barədə Bağın sosial şəbəkə hesabında edilən paylaşımı görüb. 

“Qanda allergiya o qədər yüksək çıxdı ki, uşaqlar 10 gündür ağır dərmanlarla müalicə alır, sağalma gec gedir. Nəyə görə bu qədər ağır dərmanlar olduğu halda piknik bölgəsini açıq saxlamısınız?! Heç olmasa, hansı dərman olduğunu paylaşın ki, uşaqları doğru müalicə edə bilək. Həkimlər də nə olduğunu anlamır”, - deyə valideyn qeyd edib.
M.Məmmədlinin paylaşımına reaksiya verən digər valideynlər də eyni halla üzləşdiklərini yazıblar.

Məsələ ilə bağlı Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədr müavini Natiq Allahverdiyevlə əlaqə saxladıq. O, Ölkə.Az-a açıqlamasında ötən ilin noyabrında öz ərizəsi ilə işdən çıxdığını deyib:

“Biz 4 il ərzində Mərkəzi Nəbatat Bağında əlimizdən gələni etdik. 2024-cü il noyabrın 25-dən ərizə yazaraq işdən getdim. Ondan sonra oradan məlumatım yoxdur. Olanları mətbuatdan oxuyuram. Təəssüf ki, ki, Mərkəzi Nəbatat Bağında 80% qurumuş ağacları geriyə qaytaran alimlər də artıq orada deyil. Heç kim yoxdur. Bütün bu məsuliyyət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Eldar Əzizovun üzərindədir”, - deyə o söyləyib.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Bir saat ərzində cavab verəcəklərini desələr də, heç bir açıqlama verilməyib.

Qeyd edək ki, ötən həftə Mərkəzi Nəbatat bağında 7 yaşlı oğlan uşağını ilan sancması barədə məlumat yayılıb. Qurum əvvəlcə bağa təcili yardım daxil olmadığını bildirsə də, daha sonra sosial şəbəkələrdə məlumat yayaraq bildirib ki, bağda istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Avqust 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri