Uşaqlara dedim ki, bu matça axırıncı oyun kimi yanaşın Azər Bağırov
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib. Matç "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov matçdan sonra rəqib üzərində qazanılan qələbəni şərh edib.
Mütəxəssis ilk olaraq rəqibi Çempionlar Liqasındakı uğurlu çıxışı münasibətilə təbrik edib və onlara Avropada uğurlar arzulayıb. O, "Qarabağ"ın birinci və ya ikinci heyətinin fərq etmədiyini, onların Avropanın TOP klublarından biri olduğunu vurğulayıb. A.Bağırov futbolçularının mübarizəsindən razı qaldığını bildirib.
Oyundan öncə belə bir nəticəni təxmin etmədiyini deyən baş məşqçi komandanı necə motivasiya etdiyini açıqlayıb:
"Uşaqlara dedim ki, həyatda edə bilməyəcəyiniz heç nə yoxdur. Sadəcə bu matça axırıncı oyun kimi yanaşmaq lazımdır. Mübarizə apardılar, qollar vurduq. Sözüm kimlərinsə xoşuna gəlməsə də, həqiqətən layiqli qələbə qazandıq".
Azər Bağırov qələbənin təsadüfi olmadığını və mükafat məsələsini belə şərh edib:
"Mükafat məsələsini rəhbərlik bilər, biz belə məsələlərə qarışmırıq. Amma mənə elə gəlir ki, futbolçuları layiqincə qiymətləndirəcəklər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















