Uşaqlara demişdim ki, turnir cədvəlinə baxmasınlar Antonio Konte
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Napoli"nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 13-cü turunda evdə "Roma" üzərində qazandıqları qələbəni (1:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Football Italia" onun sözlərini belə çatdırıb:
"Oyundan öncə uşaqlara demişdim ki, turnir cədvəlinə baxmasınlar. Oyunçulardan öz çıxışlarına köklənməyi, üzərində işlədiklərimizin mükəmməlləşməsinə diqqət ayırmağı tələb etmişdim. İndi də bu fikrimin üzərində qalıram, çünki səviyyəni yaxşılaşdırmaq üçün addımar atmalıyıq.
Matçın ilk 65 dəqiqəsindən razı qaldım. Lakin epizodlardan daha yaxşı faydalana bilərdik. Əla futbolçuları olan güclü "Roma"ya qarşı mübarizə apardıq. Standart vəziyyətlər zamanı ehtiyatlı davranmalıydıq. Gördüyünüz kimi, rəqib belə epizodların birində qapı tirini nişan aldı.
"Roma" yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu keçirirdi və bu səbəbdən özünü göstərməyə çalışırdı. İstənilən halda, son 15-20 dəqiqədə daha yaxşı oynamalıydıq. Halbuki meydanın dərinliklərinə çəkilərək özümüz öz işimizi çətinləşdirdik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















