Icma.az
close
up
RU
Uşaqlara pul xərcləməyi necə öyrədək?

Uşaqlara pul xərcləməyi necə öyrədək?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə gənclərin maliyyə savadlılığı məsələsi həm Azərbaycanda, həm də dünyada aktual mövzulardan birinə çevrilib.

Gəlir və xərclərin düzgün planlaşdırılması, şəxsi büdcənin idarə edilməsi, kredit və borclanma ilə bağlı düzgün qərarların verilməsi maliyyə savadlılığının əsas göstəricilərindən hesab olunur.

Bu sahədə bilik və bacarıqların kifayət qədər olmaması gənclərin gələcək maliyyə rifahına mənfi təsir göstərə bilər.

Bəs maliyyə savadlılığının aşağı olması gənclərin kredit, borclanma və şəxsi büdcə idarəçiliyinə necə təsir edir?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, maliyyə savadlılığı artıq yalnız iqtisadçıların və maliyyə sektorunda çalışanların mövzusu deyil, eyni zamanda gənclərin gündəlik həyatında ehtiyac duyduqları əsas bacarıqlardan biridir.

“Təəssüflər olsun ki, Azərbaycanda gənclərin əhəmiyyətli bir hissəsi şəxsi büdcənin idarə olunması, yığım, kredit, investisiya və maliyyə risklərini idarə etmək üçün kifayət qədər bilik və təcrübəyə malik deyil. Bunun əsas səbəblərindən biri məktəb və ali təhsil sistemində maliyyə savadlılığına kifayət qədər yer ayrılmamasıdır.

Gənclər maliyyə qərarlarını çox vaxt sosial şəbəkələrdə gördükləri məlumatlara və ya yaxın çevrənin tövsiyələrinə əsasən qəbul edirlər. Halbuki bu gün kredit götürmək, büdcə planlaşdırmaq və ya investisiya etmək peşəkar yanaşma tələb edən məsələdir.

Bazar iqtisadiyyatına sürətli keçid edən inkişaf etmiş ölkələrdə bu anlayışlar artıq formalaşıb. Maliyyə savadlılığının zəif olması, düşünürəm ki, şəxsi büdcənin düzgün idarə olunmaması ilə bağlıdır.

Bir çox gənclər öz gəlirlərini planlaşdırmadan xərcləyir, qənaət etməyi ikinci plana keçirirlər. Nəticədə gözləmədikləri maliyyə problemləri ilə qarşılaşır və belə olduğu halda borclanmağa məhkum olurlar.

Bu, təkcə gənclərlə bağlı məsələ deyil. İkinci faktor isə iqtisadi durumla bağlıdır. Azərbaycandakı iqtisadi model effektiv şəkildə tətbiq olunmayıb.

Təəssüflər olsun ki, bir sıra hallarda insanların qazancı xərclərindən az olur və balans pozulur. Hətta insanlar gündəlik tələbatlarını ödəmək üçün bəzən kredit götürür və borclanırlar. 

Burada məsələ tək maliyyə savadlılığı deyil, eyni zamanda xərclərin artması ilə bağlı amillər də ön plana çıxır.

Məsələn, bu yaxınlarda analiz aparırdım və Azərbaycanda cərimələrə baxırdım. Yol hərəkəti ilə bağlı cərimələr 150 faiz, 50 faiz artıb, ən az artan cərimə isə 67 faiz olub. 

Kommunal xidmətlərdə isə 2024-cü ildən indiyədək 47 faiz artım müşahidə olunub. Bu da onu göstərir ki, gəlirlər və xərclər arasında yaranan balanssızlıq ön plana çıxır. Maliyyə savadlılığının aşağı olması maliyyə planlaşdırmasını da zəiflədir. 

Yığım vərdişlərinin formalaşmaması, investisiya imkanlarının düzgün qiymətləndirilməməsi və fövqəladə hallar üçün maliyyə ehtiyatlarının yaradılmaması gənclərin maliyyə dayanıqlığını azaldır”.

Onun sözlərin görə, bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün ilk növbədə məktəb proqramlarına maliyyə savadlılığı ilə bağlı fənlər daxil edilməlidir:

“Şagirdlər erkən yaşlarından şəxsi büdcənin hazırlanması, qənaət, bank məhsulları, kreditlər, sığorta, vergi, investisiya və digər zəruri istiqamətlər üzrə əsas biliklər əldə etməlidirlər.

Fikrimcə, universitetlərdə isə bütün ixtisaslar üzrə maliyyə savadlılığına dair seçmə kursların təşkili məqsədəuyğun olardı. Bundan başqa, dövlət qurumları, Mərkəzi Bank, kommersiya bankları və təhsil müəssisələri birgə maarifləndirmə proqramları tətbiq etsələr, rəqəmsal platformalar və sosial media vasitəsilə gəncləri düzgün istiqamətdə yönləndirmək mümkün olar.

Maliyyə savadlılığına qoyulan investisiya gələcəkdə problemli kreditlərin azalmasına, yığım mədəniyyətinin formalaşmasına, məsuliyyətli istehlak davranışının inkişafına və bütövlükdə ölkənin maliyyə sabitliyinin möhkəmlənməsinə töhfə verəcək”.

Ekspert qeyd edib ki, maliyyə savadlılığı yalnız bir gəncin rifahı deyil, həm də dayanıqlı iqtisadi inkişafın vacib elementlərindən biridir:

“Lakin bunun üçün iqtisadi model düzgün qurulmalı, insanların gəlirləri ilə xərcləri arasında balanssızlıq yaranmamalıdır. Yəni insan cibinə baxıb düşünməməlidir ki, bu pulun nə qədərini xərcləsin, nə qədərini isə yığsın”.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: pul xərcləmək Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri