Icma.az
close
up
RU
Uşaqlarda diş qıcırtısı qorxuludur? Mütəxəssis açıqlayır

Uşaqlarda diş qıcırtısı qorxuludur? Mütəxəssis açıqlayır

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Uşağın yuxuda və ya gündüz vaxtı dişlərini sıxması və qıcırtı ilə sürtməsi bruksizm adlanır. Bu hal əsasən gecələr müşahidə olunur”.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim-stomatoloqu Güney Həsənova deyib.

Həkimin sözlərinə görə, bruksizm daha çox süd dişləri dövründə (3–6 yaş arası) meydana çıxır:

“Dişlər arasında düzgün təmas formalaşmadığı üçün ağız-çənə sistemi öz-özünü uyğunlaşdırmağa çalışır. Bu proses zamanı diş sıxma və qıcırtı ola bilər. Süd dişləri dövründə bruksizm tamamilə təbii və keçici haldır. Daim dəyişən diş vəziyyətinə görə bu hallar təkrarlana bilər, amma müalicəyə ehtiyac yoxdur. Süd dişləri dövründə diş qıcırtısı zamanla keçib gedir”.

G.Həsənova əlavə edib ki, gecə taxmaq üçün nəzərdə tutulan xüsusi aparatlar bu dövrdə lazım deyil:

“Belə vasitələr yalnız valideynləri sakitləşdirmək üçündür, uşağa fayda vermir. Valideynlər uşağı müşahidə etməli, amma narahat olmamalıdır. Əgər bu vəziyyət daimi dişlər çıxdıqdan sonra da davam edirsə, stomatoloqa müraciət etmək məsləhətdir. Həmçinin, uşaqda stres, yuxu pozuntusu və ya gündəlik gərginlik hiss olunursa, uşaq psixoloqu ilə məsləhətləşmək faydalı ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri