Icma.az
close
up
RU
Uşaqlarda oynaq ağrıları. SƏBƏBLƏR

Uşaqlarda oynaq ağrıları. SƏBƏBLƏR

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Valideynlərin revmatoloqa müraciət etməsinin səbəblərindən biri də uşaqların oynaqlarında olan ağrılardır.

Bu ağrıların səbəbləri fizioloji proseslər, yəni uşağın böyüməsi ilə davam edən mübadilə pozğunluqları ilə yanaşı, infeksiyalarla da bağlı ola bilər. Eyni zamanda, səbəbi müəyyənləşdirilə bilinməyən ağrılar da var. Belə ki, oynaq ağrıları 100-dən çox müxtəlif xəstəliklərdə təsadüf edilir.

Azertag.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva universitetin mətbuat xidmətinə bildirib.

Həkim deyib: "Ağrılar bilavasitə, oynaq strukturunda - sinovel qişa, kapsula, sümüklər, bağlar və pereartikulyar toxumada yerləşən sinir uclarının qıcıqlanması nəticəsində meydana çıxır. Oynaq qığırdağı sinir və damara malik olmadığı üçün, onun izolya olunmuş zədələnməsi ağrı ilə müşayiət olunmur.

Ağrıların fizioloji proseslərlə bağlılığı əsasən 6-11 yaşlı uşaqlarda müşahidə edilir. Uşaqlar çox vaxt baldır və budda olan əzələ ağrılarından şikayət edirlər. Onların diz oynaqlarından olan şikayətləri isə əsasən gündüz fiziki fəallıqdan sonra artaraq, gecələr də davam edir. Bu səbəbdən uşaq gecə yuxusundan sonra, səhər xoş əhval-ruhiyyədə olmur və özünü pis hiss edir.

Mübadilə pozğunluqları ilə bağlı ağrılar 6 yaşdan yuxarı uşaqlar üçün xarakterikdir. Bu ağrıların lokalizasiyanın olduğu yer əksər hallarda diz və aşıq-topuq oynaqları olur. Bu ağrılar tez-tez şokolad, kakao, paxlalı bitkilər yedikdən sonra güclənərək stress və psixi gərginliklə bağlı səbəblərdən meydana çıxır və gecələr daha da intensivləşir. Səhər oyandıqda isə uşaq özünü gümrah hiss edir.

Digər səbəb - infeksiya ilə bağlı oynaq ağrılarında oynaqların şişməsi, qızarması, hərəkət məhdudluğu da meydana çıxa bilər.

Hər bir halda oynaq ağrıları zamanı dəqiq anamnezin, yəni xəstəliyin tarixçəsini dəqiqləşdirmək vacibdir. Bununla yanaşı qanın ümumi analizi, kəskin iltihab göstəriciləri (ASO, SRP) bəzən spesifik analizlər, oynağın rentgeni, kompüter tomoqrafiyası, lazım gəldikdə isə MRT müayinəsi aparılmalıdır".

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri