Icma.az
close
up
RU
Uşaqlarda qurdun qarşısını almaq üçün təbii üsullar FOTO

Uşaqlarda qurdun qarşısını almaq üçün təbii üsullar FOTO

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Uşaqların təkrar qurda yoluxmasını önləsək, kimyəvi dərman verməyə gərək qalmaz”.

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O, qurdun əlamətlərindən və qarşını almaq yollarından danışıb:

“Bu qurd (quyruq qurdu və ya “enterobius vermicularis”) şəkildə ya uşağınızda gördüyünüz kimi 1 sm ölçüdə bir qurddur. Bağırsağın aşağı şöbəsində yaşayır. Demək olar ki, düz bağırsaqda. Çünki gecələr çıxıb anus ətrafına yumurta qoymalıdır. Yumurtasının üzəri isə xüsusi yapışqan maddə ilə örtülü olur. Onun sayəsində yumurta həm anusətrafı dəriyə və uşağın barmaqlarına yapışır. Həm də bu şirə qaşındırıcı olur. Qaşındırıcı olmasa, uşaq poposunu qaşımaz və yumurtaları bu yolla ağzına aparmazdı. Yumurtadan yeni qurdun çıxması üçün məhz yumurtaların mədəyə düşməsi lazımdır. Bu yapışqan maddə hesabına yumurtalar dəridə 8 saat yapışıb qala bilir. 

Əgər qurdun özünü gördüksə əlavə anallizə gərək yoxdur. Məhz bu qurdun yəni qaşındıran qurdun yumurtasını nəcisdə yox, anusətrafı yaxmada axtarmalıyıq. Bunun üçün səhər tezdən skoç ilə yapışqan üsulu yaxma götürüb mikroskopda baxılır. Uşaq səhər duran kimi əlləri yuyulmasa, yumurtalar keçəcək ikinci mərhələyə.

Hər axşam anus üzərinə yağlı pambıq disk qoymaqla yumurtanın dəriyə yapışmasını və qaşıntını önləyə bilərik. Qaşınma da olmasa, yumurtalar ətrafa tökülməz, ələ yapışmaz və ikincili yoluxma baş verməz. Hər dəfə yenidən yoluxma hesabına qurdla yaşam sürəsi də uzanır.

Bundan başqa uşağa sıx tuman geydirmək lazımdır ki, əli ilə toxuna bilməsin və təkrar yoluxma olmasın. Bu qurdun ömrü ay yarımdır. Təkrar yoluxmanı önləsək, kimyəvi dərman verməyə gərək qalmaz”.

Pediatrın sözlərinə görə, uşaqlardakı qurd bir sıra başqa narahatlıqlara da səbəb ola bilər:

“Bu qurd dişqıcama, ağızdan su gəlmə kimi əlamətlər vermir. Qana keçəcək toksini yoxdur. Amma qız uşaqlarında vulvit, vaginit verə bilir (xarici cinsiyyət orqanlarının iltihabı) ona görə diqqətli olmaq lazımdır.

Qaşınmaya görə uşaq narahat yata və iştahsız ola bilər. Dərman verilsə, ailəvi içməyə gərək yoxdur. Təbii məhsullara - kəklikotu çayı, qozun arakəsməsi, tərxun, mixək, balqabaq tumu tozu, yağı və s. tez-tez müraciət etsəniz yaxşı olar”.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see243

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see232

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see216

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see211

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see209

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see198

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see192

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see181

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see167

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see164

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see162

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see150

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see146

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see146

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see146

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see145

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see142

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri