Icma.az
close
up
RU
Uşaqlarda sistit xəstəliyi

Uşaqlarda sistit xəstəliyi

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Sistit - sidik kisəsinin iltihab prosesidir. Bu, uşaqlar arasında kifayət qədər geniş yayılmış xəstəlik olsa da, təəssüflər olsun ki, əksər hallarda “adi zökəm kimi” valideynlər tərəfindən vaxtında diqqət yetirilməyən hallardan biridir.

Buna isə qəti şəkildə yol vermək olmaz!

Çünki vaxtında müalicə olunmamış sistit həm xroniki sistitə, həm də ağırlaşaraq böyrəklərin iltihab prosesinə - pielonefritə (əvvəlcə kəskin, daha sonra isə xroniki) keçə bilər.

Əksər hallarda sistit uretritdən (sidik kanalının iltihabı) başlayaraq inkişaf edir. Anatomik quruluşla bağlı olaraq sistit qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir. Buna səbəb isə qızlarda sidik kanalının uzunluğunun oglanlara nisbətən xeyli qısa olmasıdır. Ona görə də qızlarda sidik kanalında başlayan hər hansı bir iltihab prosesi daha tez bir zamanda sidik kisəsinə yayıla bilir. Qız uşaqları olan valideynlər bunu yaddan çıxarmamalıdırlar!

Sistit zamanı uşaqda tez-tez sidiyəgetmə çağırışı, sidik ifrazı zamanı kəskin ağrı, göynəmə hissiyyatı, həmçinin qarnın aşağı hissəsində agrı, bulanıq rəngli, kəskin, xoşagəlməz iyli sidik ifrazı əlamətləri də olur.

Sistitin inkişaf etməsi bir neçə səbəbdən ola bilər. Onlardan biri, sadə gigiyena normalarına riayət olunmamasıdır. Uşaqların sidik cinsiyyət üzvlərini hər səhər - yuxudan qalxarkən və axşam - yatmamışdan qabaq, eləcə də hər defekasiya (nəcis ifraz edilməsi) aktından sonra (anus ətrafını) yumaq lazımdır.

Hər yuyunmada sabundan (yalnız çimizdirərkən vacibdir) istifadə etmək vacib deyil. Tez-tez sabunla yuyulma qız uşaqlarında uşaqlıq yolunun normal mikroflorasının tələf olmasına, xəstəlik törədici mikrobların isə tez bir zamanda inkişaf etməsinə səbəb olur. Xəstəlik törədici mikroblar isə usaqlıq yolundan ona çox yaxın olan sidik kanalının xarici dəliyi vasitəsilə asanlıqla sidik kisəsinə keçir.

Sistitin inkişaf etməsinin digər səbəbləri - göbələk xəstəlikləri, bağırsaq disbakteriozu və s. də ola bilər.

Çöx zaman valideynlər səhv olaraq sistitin əsasən soyuqdəymə səbəbindən baş verdiyini düşünürlər. Lakin bu heç də belə deyildir. Sistitin inkişafında soyuqdəymənin rolu yalnız orqanizmin immunitetini zəiflədərək zərərli mikrobların inkişafı üçün “yaxşı” şərait yaratmasından ibarət ola bilər.

Uşaqda sistitin ilk əlamətləri aşkar edilən kimi, onu həkimə göstərmək lazımdır. Xəstəliyin müalicəsi əsasən antibiotiklərlə aparılır. Müalicə prosesində qızdırıcı vasitələrdən istifadə edilməsi də (uşağın qarnını yun şala bürümək, budlarının arasına isti su doldurulmuş plastik qab qoymaq, qarın nahiyəsinə tavada qızdırılaraq əsgi torbaya yığılmış duz qoymaq və s.) uşağın vəziyyətini yüngülləşdirir.

Sidik kisəsinin yuyulması məqsədilə uşağa çöxlu miqdarda ilıq maye içizdirmək də məsləhət görülür. Bu zaman həmçinin müəyyən pəhrizə əməl edilməsi də vacib hesab edilir. Bu məqsədlə duza qoyulmuş müxtəlif tərəvəzlər (pomidor, xiyar, bibər, istiot və s.), hisə verilmiş qida məhsulları, eləcə də ketçup, mayonez kimi souslar və s. qida rasionundan çıxarılmalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri