Icma.az
close
up
RU
Uşaqlarda skolioz valideynlərin bilməli olduğu vacib məqamlar

Uşaqlarda skolioz valideynlərin bilməli olduğu vacib məqamlar

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Bir çox valideyn uşaqlarda və yeniyetmələrdə skolioz (onurğa sütununun yana əyriliyi) hallarını yalnız məktəb müayinələrində və ya artıq qabarıq əlamətlər ortaya çıxanda aşkar edirlər. Lakin erkən aşkarlanma və düzgün tibbi müdaxilə ilə skoliozun ağırlaşmasının qarşısını almaq mümkündür.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun radioloqu Çimnaz Şeyxova skolioz haqqında ən vacib məqamlar - səbəbləri, tipləri, dərəcələri, diaqnostikası və müalicə yollarından danışıb.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Çimnaz xanım, ilk olaraq izah edərdiniz: skolioz nədir?

- Onurğa sütunu insan skeletinin mərkəzi hissəsinin təşkil edir və fəqərə adlanan anatomik orqanlardan ibarətdir. Onurğa sütununun 5 hissəsi var. Bunlar 7 fəqərədən ibarət boyun hissəsi, 12 fəqərədən ibarət döş hissəsi, 5 fəqərədən ibarət bel hissəsi, 5 fəqərədən ibarət oma hissəsi və 4 fəqərədən ibarət büzdüm hissəsi.
Onurğa sütununun boylama oxu düzdür, yəni ona öndən baxdıqda onurğa düz xətt kimi görünür. Onurğa sütununun yana əyilməsi xəstəlik hesab olunur və skolioz adlanır.

Onurğa sütununun yandan görünüşündə isə önə və arxaya olmaqla əyriliklər var. Bunlar önə lordoz, arxaya kifoz olmaqla, iki tipdə olur. İki təbii fizioloji lordoz (boyun və bel lordozu) və bir təbii fizioloji kifoz (döş kifozu) vardır. Bu təbii fizioloji lordoz və kifozlarda dəyişikliklər baş verdikdə də xəstəlik sayılır və hiperkifoz və ya hiperlordoz adlanır.

- Skoliozların yaranma səbəbləri nədir?

- Skoliozların təqribən 80%-in səbəbi bilinmir, yəni idiopatik hesab olunur və uşaqlar, gənclər, yaşlılarda baş verən skoliozlar olaraq 3 yerə bölünür.
Skoliozların digər 20% isə etiolojik olaraq bir neçə qurupa bölünür.

Bunlar anadangəlmə inkişaf qüsurları, fəqərələrin anadangəlmə qüsurları hesabına yaranan, fəqərə ageneziyaları (fəqərələrin anadan gəlmə inkişaf etməməsi), blok vertebra (iki və ya daha artıq fəqərənin müxtəlif dərəcədə bir-birinə birləşməsi) və s. skoliozlardır.

Qazanılmış skoliozlar şiş xəstəlikləri, onların müalicəsi və ya travmalardan sonra yaranan skoliozlardır.

- Skoliozların hansı tipləri var?

- Skoliozlar daha çox “C-vari” və “S-vari” şəklində müşahidə edilir. Bunlar formaca adını aldıqları hərflərə oxşadıqlarına görə belə adlandırılırlar.
“C-vari” skoliozlar da öz növbəsində əyriliyin istiqamətinə görə sağa (dekstroskolioz) və sola (levoskolioz) olmaqla iki qrupa ayrılır.
bəzən əyriliklər ikidən daha çox istiqamətdə ola bilir ki, bunlar da qarışıq tip skoliozlar hesab edilir.

- Soliozların hansı dərəcələri var?

- Onurğanın yana əyriliyinin ağırlıq dərəcəsi Cobb bucağı ilə ölçülür və 4 dərəcəyə ayrılır.
Belə ki,

I dərəcə skolioz: Cobb bucağı 100- yə qədər olan skolioz, başlınğıc dövr skolioz adlanır və daha çox rast gəlinir.
II dərəcə skolioz: Cobb bucağı 100- dən 250- yə qədər olan skoliozlardır.
III dərəcə skolioz: Cobb bucağı 250- dən 500- yə qədər olan skoliozlardır.
IV dərəcə skolioz: Cobb bucağı 500- dən yuxarı olan skoliozlar.

Skoliozların bu cür dərəcələrə bölünməsi biz həkimlərə skoliozun ağırlığını dəqiqləşdirməklə bərabər, hansı müalicə tipinin seçilməsi haqqında da fikir formalaşdırmağa kömək edir.

Skoliozların dərəcəsi ilə bərabər, hansı yaşda izlənməsi də əhəmiyyətlidir. Məsələn, uşaq yaşlarda izlənən birinci dərəcə skoliozlar əhəmiyyətli hesab olunur və müalicəyə ehtiyac duyulur. Bunun səbəbi uşaqlarda skeletin hələ tam formalaşmaması və xüsusən yeniyetmə yaşlarda sürətli boyatma hesabına skoliozun dərəcəsinin ağırlaşma ehtimalının yüksək olmasıdır.


- Skoliozlar necə təyin olunur?

- Xüsusən birinci dərəcəli, yəni başlanğıc dövr skoliozlar çox vaxt uşaq həkimlərinin poliklinika və ya müxtəlif digər səbəblərdən aparılan rentgen müayinələri zamanı təsadüfən aşkarlanır. Digər tərəfdən isə birinci dərəcəli skolioz xəstələrdə hansısa şikayətə səbəb olmur. Bu səbəbdən də adətən skoliozlar daha gec dövrlərdə və daha ağır formalarda aşkarlanır.
Daha ağır dərəcəli skoliozlarda isə skoliz, hətta xəstə yaxınları və ya xəstənin özü tərəfindən belə aşkarlana bilir və xəstələrdə qamətin pozulması, ağrı və ya digər şikayətlərlə özünü büruzə verir.

- Skoliozların rentgen müayinəsi necə aparılmalıdır?

- Skoliozların rentgen müayinəsi həkim göndərişi əsasında olmalıdır. Hətta uşaqlarda skolioz şübhəsi olduqda belə, valideynlər əvvəlcə uşaq həkimlərinə müraciət etməlidirlər. Əgər uşaq həkimləri də skoliozdan şübhələnərsə, rentgen müayinəsinə göndəriş verməli və yalnız bundan sonra rentgen müayinəsi aparılmalıdır. Bu halda, yəni həkim göndərişi ilə rentgen müayinəsi aparıldıqda uşaqların və hətta bütün yaş qrupuna aid olanların gərəksiz rentgen şüalarına məruz qalmasının qarşısı alına bilər.

- Əgər skolioz olduğu təsdiqlənərsə, nə vaxt sonra kontrol rentgen müayinələrinsdən keçə bilər?

- Çox vaxt müalicələrdən sonrakı nəticəni görmək üçün kontrol rentgen müayinə olunması qərarını xəstələr və ya xəstə yaxınları verir. Əlbəttə bu da yolverilməzdir. Müayinələr müalicələrə nəzarət etmək üçün müalicə həkimlərinə lazımdır və ancaq müalicə həkimlərinin təyin etdiyi vaxtlarda aparılmalıdır.

- Skoliozların müayinəsində KT və MRT müayinələrinin rolu nədir?

- Skoliozun aşkarlanması və ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi rentgen müayinəsi vasitəsi ilə aparılır. Ən əhəmiyyətli məsələ, sadəcə rentgen müayinəsinin ayaqüstü vəziyyətdə aparıla bilməsidir. Lakin, xüsusən anadangəlmə fəqərə qüsurlarının müayinəsində KT müayinəsi, fəqərə qüsurları ilə yanaşı onurğa beyin qüsurlarının müayinəsində isə MRT müayinəsi əvəzolunmaz və çox informativdir. KT müayinəsi zamanı 3D görüntülərin alınması, bu şəkildə patologiyanın 3D formatında dəqiq təsvir edilməsi və cərrahlarda aydın fikir formalaşdırılmasında KT müayinəsi çox əhəmiyyətlidir. Eyni zamanda yanaşı onurğa beyin qüsurlarının diaqnostikasında və aparılacaq cərrahi əməliyyat metodunun dəqiqləşdirilməsində də MRT müayinəsi əvəzedilməzdir.

- Skoliozların müalicəsi necə aparılır?

- Müalicə üçün ilk əvvəl skoliozun dərəcəsi müəyyən edilməlidir. Xəstədə rentgen müayinəsi ilə skoliozun ağırlıq dərəcəsi ölçülür. Bu zaman xüsusən kiçik yaşlı uşaqlarda müayinələrin düzgün aparılması əhəmiyyətlidir. Müayinə zamanı xəstə bacardığı qədər qamətini düz saxlamalıdır ki, skoliozun dərəcəsində yanlış artma olmasın. Rentgen müayinəsi əsasən ayaq üstü vəziyyətdə aparılır. Çünki, bədənin təbii fizioloji vəziyyəti ayaq üstü vəziyyət hesab olunur. Bəzən isə, xəstənin vəziyyəti imkan vermədikdə və ya müalicə həkimi tərəfindən müalicənin effektivliyinin dəqiqləşdirilməsi lazım gəldikdə, müayinə xəstənin uzanmış vəziyyətində aparılır. Qeyd edək ki, bu halda müayinənin hansı vəziyyətdə aparıldığı rentgen müayinəsinin nəticəsində bildirilməlidir.

Skoliozun müalicəsində hansı metodun seçilməsi məhz skoliozun ağırlıq dərəcəsindən asılıdır.

I dərəcə skoliozlar əsasən uşaqlarda və yeniyetmələrdə aşkarladıqda müalicəyə ehtiyac duyulur və bu zaman əsasən konservativ müalicədən, fizioterapiya müalicə metodlarından, müalicəvi idmanla terapiyadan və s. istifadə olunur. Buradakı əsas məqsəd, xüsusən uşaqlarda və yeniyetmələrdə, skoliozun müalicəsindən də daha çox ağırlaşmasının qarşısının alınması istiqamətində olur. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi uşaqlarda boyatma dövründə skoliozun inkişafı ehtimalı yüksəkdir.

II, III dərəcə skoliozlar daha ciddi skoliozlar hesab olunur və bu zaman müalicə metodlarına korsetlər də daxil olmaqla, digər metodlar əlavə edilir.

IV dərəcə skoliozlarda isə daha radikal müalicə metodu cərrahi müalicə metodları hesab edilir. Bu zaman əsasən 18 yaş və daha yuxarı yaşlı pasiyentlərdə müxtəlif transpedikulyar fiksasiya əməliyyatları icra edilir.

- Sonda oxucularımıza nə tövsiyə edərdiniz?

- Məsləhətimiz, ilk növbədə valideynlərin övladlarına diqqətlə yanaşmaları, onlarda hiss etdikləri ən kiçik skolioz şübhəsində həkimə müraciət etmələridir. Çünki skolioz da digər bütün xəstəliklər kimi nə qədər tez aşkarlanarsa, o qədər uğurla müalicə olunar. Digər tərəfdən xəstələrə və xəstə yaxınlarına məsləhətimiz skoliozun müalicəsində səbirli olmalarıdır. Çünki skoliozların müalicəsində nisbətən daha uzun müddətə ehtiyac duyulur.

Skolioz müalicə oluna bilən xəstəliklər qrupuna aiddir, sadəcə vaxtında, düzgün və səbirli müalicə ilə çox yaxşı nəticələr əldə etmək mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:424
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Fevral 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri