Icma.az
close
up
RU
Uşaqlarda sümük və oynaqların travmatik zədələnmələri

Uşaqlarda sümük və oynaqların travmatik zədələnmələri

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Uşaqlar həddən artıq hərəkətli olduqlarından tez-tez müxtəlif travmalara (çıxıqlar, sınıqlar) məruz qalırlar.

Ağrı, qansızma, şişkinlik, deformasiya, sümüklərin bir-birinə sürtünməsi səslər və s. əlamətlər çıxıq və ya sınıqların olmasına dəlalət edir.

Uşaq qorxur, qışqıraraq ağlayır.

Böyüklər bu şəraitdə özlərini sakit və soyuqqanlı aparmalıdırlar. Təşvişə düşməyin, hay-küy də salmayın – bu, uşağı daha çox qorxuda bilər. Özünüzü itirmədən tez bir zamanda “təcili yardım” çağırın. Ambulans gələnə qədər isə zədələnmiş hissəni hərəkətsizləşdirin - sınmış əli bədənə, sınmış ayağı isə çox ehtiyatla sağlam ayağa sarıyın. Uşaqda ciddi qanaxma olarsa, əlinizin altında olan istənilən vasitələrdən istifadə edərək (kəmər, şarf, burun dəsmalı), qanayan yaranı yuxarı hissədən möhkəm sarıyın. Onurğa sütunu zədələnməsi və ya kəllə-beyin travmasına şübhə olduğu halda, ambulans gələnə qədər uşağı qaldırmağa və ya çevirməyə cəhd etməyin, yerindən tərpətməyin.

Kiçik yaşlı uşaqlarda bəzən travmadan sonrakı ilk dövrdə gips sarğısı qoyulmur. Bu məqsədlə əvvəlcə langet sarğısından istifadə edilir, bir neçə gündən sonra isə gips sarğısı qoyulur.

Qeyd etmək lazımdır ki, uşaqlarda sümüklər böyüklərə nisbətən daha tez birləşir. Həm də uşaq nə qədər kiçikdirsə, sağalma bir o qədər tez baş verir. Sınığın müalicəsi dövründə uşağı vitaminlərlə və kalsiumla (sümüklərin əsas “tikinti” vasitəsi) zəngin olan tam və keyfiyyətli qidalanma ilə təmin etmək lazımdır. Travma almış uşağın daha tez sağalması üçün onun tez-tez təmiz havada olması da vacib hesab edilir.

Əziz valideynlər, heç bir halda, xalq təbabətçilərinə üstünlük verərək (bir çox oynaq çıxıqlarında olduğu kimi), ixtisaslaşmış tibbi yardım almaq üçün təcrübəli mütəxəssislərin, travmatoloqların yardımından imtina etməyin! “Loğmanları”, “sınıqçıları” üstün tutan valideynlər bilməlidir ki, bu “sənətçilərin” insanın anatomiyası, sümüklərin və oynaqların quruluşu barədə dərin bilikləri olmur və onlar bu travmaların düzləndirilməsi üzrə cərrahi üsulları və s. digər qaydaları da bilmirlər.

Böyüklərdən fərqli olaraq uşaqlarda yumşaq toxuma üstünlük təşkil etdiyindən, travma almış uşağa dəqiq diaqnoz qoymaq üçün ilkin baxış və əllə müayinə edilməsi kifayət etmir. Bu zaman rentgen müayinəsi aparılmadan keçinmək heç bir halda düzgün hesab edilmir. Sınıqçılar isə, bir qayda olaraq, rentgensiz “keçinirlər”. Sınıqçıların “müalicəsindən” sonra ilk baxışdan valideynlərdə elə bir fikir yarana bilər ki, uşaq artıq sağalmışdır. Lakin belə “müalicələrin” nəticəsində uşaqlarda gələcəkdə çox ağır fəsadlar baş verə bilər ki, bu da onların əlilliyinə, bəzən isə ölümünə səbəb ola bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri