Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Uşaqlarda tək qalmaq qorxusu: fobiya, yoxsa psixoloji travma

Uşaqlarda tək qalmaq qorxusu: fobiya, yoxsa psixoloji travma

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu mövzu da hər zaman valideynləri narahat edən mövzular sırasına daxildir. Tək qalanda qorxmaq nəinki kiçik yaşlı uşaqlarda, hətta irəli yaşlarda olan, sərbəst qala biləcək uşaqlarda da müşahidə olunan problemlərdəndir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, valideyn bizə bildirir ki, övladım cizgi filminə baxır, mən də mətbəxdə ev işlərini görürəm. Bu zaman onun digər otaqdan həyəcan və panikaya qapılmış şəkildə ağlaya-ağlaya gəldiyini görürəm. Sonradan bu hallar, yəni tək qaldıqda qorxması davamlı yaşanmağa başladı, ona görə də hər zaman ya atası, ya da mən yanında oluruq. Bu problemdən çıxış yolu nədir? Bildirmək lazımdır ki, burada ilk diqqət ediləsi məqam bu kimi halların uşaqlarda nə zamandan etibarən başlamasıdır: “Yəni, əgər uşaqda bu proses kiçik yaşlardan deyil, müəyyən yaş aralığından sonra müşahidə edilirsə burada demək ki, travma faktoru vardır. Məsələn: uşaq hansısa bir hadisədən və ya baxdığı qorxulu filmdən, danışılan əhvalatdan təsirlənə, kimdənsə qorxa bilər və bu, onun psixologiyasını zədələyə orada travma kimi qala bilər. Belə situasiyada uşaqlar həyəcan-təşviş keçirir və həmin an yanlarında kiminsə olmasını istəyirlər, bu, həm də onlarda özgüvəni müəyyən qədər də olsa artırmağa kömək edir. Bu hal tək yata bilməməkdə də özünü göstərə bilir ki, məsələn: tək yata bilməyən, yuxu görən zaman qorxan, ağlayaraq ayılıb ata-anasını səsləyən uşaqlar vardır. Bundan əlavə, davamlı mənfi şeylər danışan, nevrotik, təlaşlı, obsessiyaları olan, övladını daima hər şeydən qorumağa çalışan, qərarları onun adından qəbul edən, həssas, həddindən artıq qoruyucu və s. kimi valideynlərin övladlarında da belə qorxu halları tez-tez müşahidə edilir”. Psixoloq bildirib ki, belə uşaqlar irəli yaşlarda bağça və məktəb həyatında da müxtəlif problemlər yaşayır, adaptasiya olmaqda çətinlik çəkirlər. Bu səbəbdən əvvəlcə valideynlər də davranışlarını nəzərdən keçirməli və lazım gələrsə ailə terapiyası görmək lazımdır: “Ona görə valideynlər övladlarında bu kimi hallar müşahidə etdikdə, vaxtında müdaxilə etməli və övladı ilə bu barədə söhbət etməli, qorxusunun səbəbini öyrənməlidir. Ancaq bu proses davamlı təkrarlanırsa, valideyn bunun səbəbini aşkara çıxara bilmirsə, bu zaman mütləq uşaq psixoloquna müraciət edilməlidir. Psixoloq seansları və psixoloqun vaxtında müdaxiləsi və dəstəyi nəticəsində problemin kökünə enmək, həmin qorxuların üzərinə getmək və bir müddət sonra bu problemi korreksiya etmək mümkündür. Əks halda yəni, belə problemlər valideynlər tərəfindən gözardı edildikdə, psixoloqa müraciət edilmədikdə daha da pisləşə və gələcəkdə uşağın psixologiyasında korreksiya edilə bilməyən izlər qoya bilər. Digər bir qrup uşaqlar da var ki, onlar da tək qalmağı sevmirlər. Bunları digər yuxarıda qeyd etdiyimiz tip uşaqlarla qarışdırmaq olmaz. Belə ki, valideyn-uşaq simbiozu olan uşaqlar da, hər zaman valideynləri ilə olub və tək qalmağı sevmirlər. Onlar da tək qalan zaman aqressivləşir, ağlayır və valideynlərini yanında görmək istəyirlər. Yəni, kiçik yaşlarından ata-atanın uşaqlarını simbiotik böyütməsi, öz yanlarından heç zaman ayırmaması, həddən artıq bağlılıq yaratmaları, qayğı göstərmələri və s. hallar valideyn-uşaq simbiozunun yaranmasına gətirib çıxarır. Bir çox əməliyyatlar keçirən, travma alan, gec dünyaya gələn və xroniki xəstəlikləri olan uşaqlarda simbiotik hallar daha çox müşahidə olunur. Belə uşaqlarda, həm də özgüvən problemi olur. Ümumiyyətlə isə, 3-7 yaş arası simbiozu korreksiya etmək kifayət qədər asandır. Ancaq bu yaş aralığından sonra müraciət edən pasientlərlə iş olduqca çətinləşir. Bu hallarda psixoloq həm valideynlərlə, həm də uşaqlarla işləməli, fərdlər ümumilikdə ailə psixoloqu tərəfindən terapiya görməlidir”, - deyə psixoloq Yeganə Əskərova bildirib.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri