Uşaqları çölə buraxa bilmirik Zavodun tüstüsü ilə bağlı şikayət
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə Abşeronun Ceyranbatan qəsəbəsində yerləşən zavodlardan birinin bacasından qalxan qara tüstü ilə bağlı görüntülər yayılıb. İddialara görə, tüstü sakinlərin narahatlığına səbəb olur.
Milli.Az xəbər verir ki, sakinlər bildiriblər ki, bir ildən çoxdur fəaliyyət göstərən alüminium zavodu mütəmadi olaraq atmosferə qara tüstü buraxır. Onların sözlərinə görə, tüstü səbəbindən uşaqları çölə buraxmaqda çətinlik çəkirlər və məsələ ilə bağlı dəfələrlə şikayət etsələr də, nəticə olmayıb.
"Ceyranbatan Dəmir Beton" ASC isə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər köhnədir. Qurumun məlumatına görə, belə halların qarşısını almaq məqsədilə müəssisədə yeni avadanlıq quraşdırılıb.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Baxış sayı:100
Bu xəbər 03 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















