Icma.az
close
up
RU
Uşaqları insanlardan qoruyaq!

Uşaqları insanlardan qoruyaq!

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nəhayət, məlum oldu ki, indiyədək uşaqları qorumaq haqqında düşüncələrimiz yanlış imiş. Biz belə fikirləşirdik ki, uşaqları mükəmməl olmayan bağça və məktəblərdən, yaşına uyğun olmayan cizgi və digər filmlərdən, kompyuter və telefondan, küçə heyvanları təhlükəsindən, maşın qəzasından, hündür yerdən yıxılmaqdan, xəsarət alacaqları müxtəlif oyunlardan və sair onlarla belə fiziki və mənəvi zərər görə biləcəkləri hallardan qorumalıyıq. Ki, onlar sağlam bədənlə, sağlam ruhla böyüsünlər.

Lakin təəssüf ki, indiyədək fikirləşdiklərimizn hamısı yanlış imiş. Biz uşaqları sadəcə insanlardan qorumalıymışıq: öncə onları dünyaya gətirən özümüzdən. Hələ onlar dünyaya gəlməmişdən doğum günlərini ata-anasının, nənə-babasının doğum günü ilə üst-üstə salmaq üçün doğulacağı günü müəyyən etməyimizdən, onlara yaradan tərəfindən verilən günə, saata, bürcə müdaxilə etməyimizdın qorumalıyıq uşaqları.

Gözlərini dünyaya açdıqları ilk gündən Allah tərəfindən verilən ruzilərini bədən quruluşumuzun pozulacağına qurban verməyimizdən qorumalıyıq. Onların qarnına tərkibini bilmədiyimiz süni qidaları tökərkən bir dəfə deyil, bir neçə dəfə fikirləşməliyik.

Əllərinə telefonu da biz veririk, kompyuter qarşısında saatlarla oturmalarının da günahkarı bizik. Biz özümüzü necə aparırıqsa, onlar da bizdən görüb, götürürlər. Özümüz əlimizdən telefonu yerı qoymayanda, təbii ki, uşaq da onu təkrar etmək istəyəcək. Biz kompyuter qarşısından saatlarla qalxmayanda uşağın da marağına səbəb olacaq ki, görəsən orada nə var? Hələ yemək yemələri üçün əllərinə telefon verib xarici cizgi filmlərini izlətməyimizi, ağzını qeyri-ixtiyarı açdığını, yeməyin ləzzətini duymadığını, sadəcə əlindən telefonu almayaq deyə yediyini də vurğulayım, çünki bunu da biz edirik, düşünmədən, analiz etmədən...

Uşaqların sakit dayansınlar deyə, əllərinə verdiyimiz telefonda nəyə baxdıqlarına diqqət edirikmi? Kompyuter oyunlarında nəyi əxz etdiklərini düşünürükmü? Otaqlarından evi bürüyən dəhşət və vəhşət dolu səslərin ardınca gedib övladımızın nəyə baxdığını araşdırırıqmı? Pul verib göndərdiyimiz “pleyteyşın”larda necə, nəyi mənimsəyib evimizə qayıtdığının fərqində oluruqmu?

Uşaqlarla son dəfə birlikdə vaxt keçirdiyini xatırlamayan valideynlər var. Onlara bir səhifə nağıl oxumayan, yarın saat söhbət etməyən, oyun oynamayan, gəzintiyə çıxmayan, çıxanda belə suallarını cavablandırmaq istəməyən valideynləri olan özümüzdən qorumalıyıq onları.

Pis dostlardan, rəfiqələrdən, sinif, tələbə yoldaşlarından, ailəmizdə həyat yoldaşımızla etdiyimiz davalardan, uşaqların eşitməyəcəyi söhbətlərdən, görməyəcəyi hadisələrdən qorumalıyıq.

Bax, sadaladıqlarımın hər birinin mərkəzində insan dayanır: valideyn, nənə, baba, dost, rəfiqə, istehsalçı və ağlımıza gətirmədimiz digər insanlar. Övladlarımızı siqaret çəkməyə, narkomaniyaya sürükləyən insanlar. “Epşteyn sənədləri”nin üzə çıxardığı, özlərinə cənnət yaradıb burada uşaqlara həyatı cəhənnəm edən insanlar, onların qanına susayan, hüceyrəsnə göz dikən, orqanlarından pay uman insanlar. Bağçalardan, məktəblərdən uşaqları yoxa çıxaran, müharibə ərazilərindən uşaqları alaq otu kimi arıtlayan, onların göz yaşını, fəryadını gənclik eliksiri kimi ciyərinə çəkən insanlar...

Deməli, biz uşaqları yalnız insanlardan qorumalıyıq. Bəzən bir heyvanın ona verə biləcəyi zərərdən, oyunda ala bilıcəyi zərbədən, maşında keçirəcəyi qəzadan daha ağırını insan verir uşaqlara. İt dişləyər, bu, ötər, uşaq sağalar. Oyunda zədə alar, zaman keçər, sağalar. Maşın qəzasına uğrayar, müalicə alar, sağalar. Hündür yerdən yıxılar, zədə alar, sağalar.

Bəs sağalmayan yaraları onların həyatında kim açır. Əlbəttə ki, insan. Ona həm çox yaxın, həm də çox uzaq olan insan. Ona qarşı zorakılığı bəzən ana, ata da edir, dünyanın o biri başındakı insanlar da. Onun gözündən yaşın axmasına doğması da səbəb olur, tanımadığı yadlar da. Həyatını travma qaynağına hər gün gördüyü insan da çevirir, heç tanımadığı insan da.

Odur ki, uşaqları insanlardan qorumaq tək çıxış yoludur. Biz insanları hər gün bir az da yaxından tanıyırıqsa, onların özlərini bütün dəyərlərdən yüksəkdə hiss etdiklərini görürüksə, bəli, uşaqları məhz onlardan qoruyaq-onlara zərər verəcək bütün insanlardan. O insanların içərisində özümüz birinciyik. Uşaqları özümüzdən qoruyaq ki, sonrakı mərhələlərdə onlar özləri özlərini insanlardan qoruya bilsinlər.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Fevral 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri