Icma.az
close
up
RU
Uşaqları zərərli vərdişlərdən qoruyun STOMATOLOQDAN XƏBƏRDARLIQ

Uşaqları zərərli vərdişlərdən qoruyun STOMATOLOQDAN XƏBƏRDARLIQ

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Uşaqlarımızın gələcəkdə dişləri ilə bağlı problemlər yaşamamasını istəyiriksə, onları ta körpəlikdən aşağıda sadalayacağımız zərərli vərdişlərdən uzaq tutmağa çalışmalıyıq.

Bu zərərli vərdişlərdən uşaqlarımızı uzaq tutmaq, istər onların diş-çənə sistemində yarana biləcək anomaliyalardan, qüsurlardan, istərsə də ümumi orqanizmini bir çox xəstəliklərdən qoruyar.

Həkim-stomatoloq Vasif Mahmudov movqe.az vasitəsi ilə valideynləri  bu zərərli vərdişlər barədə xəbərdar edib.

V. Mahmudov deyib ki, zərərli  vərdişlərə əmziklərdən uzun müddət istifadə, barmaq əmmə, dil əmmə, yanaqları əmmə, dırnaq yemə, diş çöpündən mütəmadi istifadə, dişlər vasitəsi ilə mütəmadi tum çırtlama, yanlış diş fırçalama və s. aiddir: "Valideynlər nəzərə almalıdır ki, körpə əmzikdən mümkün qədər az istifadə etməlidir (məsələn, narahat olduqda, yatmazdan əvvəl ). Əmziyə aludə olan və uzun müddət ərzində əmzikdən istifadə edən körpələrdə dişlərin formalaşmasında problemlər yaranır (dişlərin əyri çıxması, açıq dişləm və s.). Hazırda satışda dişlərin formalaşmasına daha az mənfi təsir göstərən xüsusi ortopedik əmziklər var ki, onlardan istifadə daha məqsədə uyğundur. Bundan əlavə əmzik müxtəlif infeksiyaların orqanizmə daxil olmasına vasitəçilik edir. Əmzikdən istifadə edən uşaqlarda  gingivit, stomatit, otit və s. iltihabi xəstəliklərin rast gəlmə tezliyi əmzikdən istifadə etməyən uşaqlarla nisbətdə 2 dəfə çoxdur.

Barmaq əmmə, uşaqlarda heç bir psixo-patolojik səbəb olmadan 2,5 – 3 yaşlarına qədər görünən normal və demək olar ən güclü refleksdir. Hətta bir çox uşaq ana bətnində olandan bu refleksə yiyələnməyə başlayır. Bəzi doğulan uşaqların barmaq ya da biləklərində olan qabarcıqlar bunun göstəricisidir. Edilən araşdırmalar göstərir ki, 2 yaşını keçmiş uşaqlarda barmaq əmmə gələcəkdə diş-çənə sistemində yarana biləcək anomaliyalar riskini artırır və zərərli vərdiş olmaya keçir. Əgər barmaq əmmə vərdişi daimi dişlərin çıxmasından qabaq qurtararsa mənfi təsirləri çox olmaz. 5 yaşından, yəni daimi dişlərin çıxmasından qabaq vərdiş unudularsa, dişlərin anormal qapanması özü-özünə normallaşma yoluna girər. Yox əgər 6 yaşından sonra da barmaq əmmə vərdişi davam edərsə, bu artıq diş-çənə sistemində yaranacaq anomaliyaların - açıq dişlər, üst ön dişlərin önə, alt ön dişlərin arxaya, damaq tağının daha dərin olması, burunla nəfəsalma da problemlər və s və gələcəkdə ortodontik müalicəyə ehtiyacın xəbərçisidir. Dil və yanaqları əmmə vərdişləri də müvafiq olaraq diş sırasının ön və yan nahiyələrinə (açıq dişləm, çəp dişləm, dişlərin əyri çıxması, yanağın selikli qişasında yaralar və s.)  mənfi təsir göstərməkdədir.  

Dırnaqları yemə vərdişi (onikofagiya) diş sırasında əmələ gələn anomaliyalardan başqa, həm də infeksiya və bir sıra parazit yumurtalarının orqanizmə əsas daxil olma yollarından və beləliklə bir çox infeksiya, parazitar xəstəliklərin başlanğıc səbəblərindəndir. Diş çöpündən istifadə dişlərin formalaşması zamanı onların əyri çıxmasına səbəb olur. Həmçinin, dişin  sirkulyar bağ aparatını zədələyərək, onda patolojik diş əti cibinin yaranmasına səbəb olur. Bu isə mikrobların çox sevdiyi toplanma yeridir. Diş çöpündən istifadə həm də diş ətinə travma yetirərək, gingivitin yaranmasına yol açır. Bu səbəbdən yaxşı olar ki, dişlər arası nahiyələrdə qalan qida qalıqlarını diş çöpü ilə deyil, diş sapı ( floss ) ilə təmizləyəsiniz".

V. Mahmudov qeyd edir ki, uzun müddət tum çırtlayanların ön dişlərinin kəsici kənarlarında müvafiq oyuqlar və mina səthində mikroçatlar əmələ gəlir. Bu oyuqlar dərinləşdikcə dişdə həssaslığın yaranmasına səbəb olur. Mina səthində yaranmış mikroçatlar isə mikrobların dişin daxili qatlarına sızmasına səbəb olur. Yanlış diş fırçalama dişin boyun səthində minanın aşınmasına, pazabənzər formalı oyuqların yaranmasına və həmçinin diş əti çəkilmələrinə səbəb olur. Hər iki halda güclü həssaslıq meydana gəlir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri