Icma.az
close
up
RU
Uşaqların beyninə yeridilən “oğru qanunları” Zombiləşdirilmiş gələcəyimiz (ŞƏRH)

Uşaqların beyninə yeridilən “oğru qanunları” Zombiləşdirilmiş gələcəyimiz (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Sosial şəbəkələrdə toy məclislərinin birində uşaqların əlində "silah”la rəqs etməsini əks etdirən videogörüntü yayılıb. Həmin görüntü böyük müzakirəyə səbəb olub. Narahatlığa səbəb uşaqların Rövşən Lənkəranskiyə həsr olunan musiqili meyxanaya oynaması deyil, onların valideynlərinin uşaqlarının bu rəqsini gülə-gülə qarşılamasıdır.

Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan Qaynarinfo-ya açıqlamasında bildirib ki, həmin uşaqların əksəriyyəti heç Rövşən Lənkəranskini tanımır:

"İlk dəfədir ki, danışmağa söz tapa bilmirəm. Bu uşaqların öz əməlləri deyil. Əgər öz təcrübəmizə arxalansaq, biz rəqs edəndə heç vaxt musiqinin sözlərinə fikir vermirik. Şeytanvari bir ritm üzərində qurulub, çox yüngül, ayaqlar üçün nəzərdə tutulan musiqi nömrəsidir. Bu ritm uşaqların bəzilərini özünə alidə edib. Bu musiqini ora gətirən bir nəfər var. Həmin şəxs bütün kütlənin bu cür təqdim olunmasına səbəb olur. Bu uşaqların 90% nəyi oynadıqlarını, hətta Rövşən Lənkəranskini kim olduğunu bilmirlər. Kələfin bir ucu var, o da həmin musiqini ora gətirən valideyndir, vəssalam".

Təhsil eksperti Elçin Əfəndi isə belə görüntülərin bir tendensiya halına gəldiyini vurğulayıb: 

"Uşaqlar bir-birinə baxır, eyni hərəkəti təkrarlayır. Burada mən günahı valideynlərdə, ondan sonra isə təhsil müəssisələrində görürəm. Valideyn övladlarına nəzarət etməlidir. Onlar uşaqlarının hansı musiqiləri dinlədiyini, hansı kitablar oxuduğunu, kimlər  ilə oturub-durduğunu bilməlidir. Buna valideyn məsuliyyət daşıyır”. 

Elçin Əfəndi bu məsələdə valideynləri ittiham edib:

"Valideynlərin başı telefona qarışdığından əksəriyyəti uşaqlarını başlı-başına buraxıb. Uşağın zövqü necə formalaşıb və s. onlar üçün maraqlı deyil. Nəticədə isə xoşagəlməz mənzərə yaranır. Kriminal musiqlər dinləmək, bayağı meyxanalara qulaq asmaq, "Tik-Tok”da bəzi "blogerlər”in çıxış və hərəkətləri və s. erkən yaşında uşaqları fərqli düşünməyə vadar edir. Niyə? Çünki valideyn nəzarət etmir”. 

Elçin Əfəndi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailələrlə işləməsini tövsiyyə edib:

"O cümlədən Elm və Təhsil Nazirliyi də məktəblərdə şagirdlərə bu tip hərəkətlərə yol verməməyə səsləməlidir”. 

Bahar Rüstəmli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see372

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see254

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see181

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see164

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see137

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see133

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see132

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see119

Trampla Netanyahunun görüş yeri və vaxtı bəlli oldu

08 Dekabr 2025 19:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri