Icma.az
close
up
RU
Uşaqların bu qədər asan vasitələrlə pul toplaması yolverilməzdir

Uşaqların bu qədər asan vasitələrlə pul toplaması yolverilməzdir

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sosial şəbəkələrdə azyaşlıların hər addımının canlı yayımda paylaşılması cəmiyyətdə narazılıq doğurur. Valideynlərin uşaqları yatarkən, yemək yeyərkən və ya gecənin gec saatlarında kamera qarşısında saxlaması artıq kütləvi hal almağa başlayıb. Bir çox istifadəçi bu mənzərəni uşaqların məxfiliyinin pozulması və psixoloji təhlükəsizliyin itirilməsi kimi dəyərləndirir. İzləyici kütləsi toplamaq və hədiyyələr vasitəsilə gəlir əldə etmək üçün uşaqların istismar olunması yeni bir virtual trendə çevrilib. Bu vəziyyət azyaşlıların gələcək inkişafına və sosial adaptasiyasına mənfi təsir göstərir.
Milli Məclisin deputatı Fazil Mustafa məsələ barədə Demokrat.az-a danışıb. O deyib ki, azyaşlıların sosial şəbəkələrdən bu formada istifadəsini məhdudlaşdırmaq artıq həyati zərurətə çevrilib:
“Bu istiqamətdə qanunvericilikdə müəyyən məhdudiyyətlər mövcud olsa da, hələ ki, arzu olunan effekti vermir. Ona görə də məsələdə daha prinsipial və sistemli yanaşma tətbiq olunmalıdır. Uşaqların bu qədər asan vasitələrlə həm pul toplaması, həm də özlərini reklam etməsi, daha sonra isə inzibati qaydaların pozulmasına yönələn davranışlar sərgiləməsi yolverilməzdir. Bu istiqamətdə cəmiyyətdən də ciddi çağırışlar səslənir və bu çağırışlar qanunvericilikdə nəzərə alınmalıdır. Eyni zamanda valideynlərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki uşağın ilk nəzarət və tərbiyə mühiti ailədir və bu prosesdə əsas məsuliyyət valideynlərin üzərinə düşür”.
Qısası, valideynlərin pul qazanmaq və ya məşhurlaşmaq naminə uşaqlarını saatlarla canlı yayımda saxlaması həm qanuni, həm də mənəvi baxımdan böyük risklər yaradır və buna qarşı daha sərt tədbirlərin görülməsi tələb olunur.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 May 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri