Uşaqların “ChatGPT“dən istifadə etməsinin hansı təhlükələri var? VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir... Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət hər sahəyə sirayət edən süni intellektdən - daha dəqiq desək, "ChatGPT"dən gedir.
İşimizi asanlaşdırdığı doğrudur, amma uşaqların süni intellektdən istifadəsi düzgündürmü? Hazırda məktəbli uşaqların çoxu araşdırmaq, oxumaq, fikirləşmək istəmirlər. Çünki bütün bunları "ChatGPT" edir.
Məktəblilərin etdiyi etiraflar onu göstərir ki, uşaqların evdə süni intellektdən istifadəsi nəzarətsiz qalır.
Təhsil ekspertləri deyirlər ki, süni intellekt tədris prosesinə köməkçi vasitə kimi inteqrasiya olunmalıdır, tam əvəzləyici kimi yox.
Bir sözlə, əgər valideynlər uşaqların süni intellektdən istifadəsinə nəzarət etməsələr, yeni nəsil analitik düşünmək, yaradıcı yazmaq və problemi həll etmək qabiliyyətini itirə bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Dekabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















