Icma.az
close
up
RU
Uşaqların görmə qabiliyyəti üçün ən təhlükəli ekran növü

Uşaqların görmə qabiliyyəti üçün ən təhlükəli ekran növü

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Uşaqların görmə sağlamlığı üçün ən təhlükəli cihazlar arasında kompüterlər birinci yerdədir".

News24.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu gazeta.ru-ya danışan oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Anastasiya Kotelnıkova məlumat verib.

Mütəxəssis qeyd edib ki, valideynlərin "televizora çox yaxın oturma, gözlərin korlanar" kimi xəbərdarlıqları, xüsusilə də köhnə elektron-şüa borulu (ELT) televizorlar üçün haqlı idi. Bu cihazlar titrəmə və aşağı təsvir keyfiyyətinə görə gözü daha çox yorur. Müasir LED ekranlar daha təhlükəsiz hesab olunsa da, uzun müddət baxış yenə də göz sağlamlığına mənfi təsir edir.

Ən təhlükəli: kompüterlər

2023-cü ildə aparılan 19 araşdırmanın metaanalizi göstərib ki:

* Televizora gündə 2 saatdan artıq baxmaq uşaqlarda miopiya (uzağı görməmə) riskini 1,5 dəfə artırır;

* Kompüterdən uzunmüddətli istifadə bu riski 8 dəfə yüksəldir;

*Smartfonlarla bağlı isə hələlik konkret nəticələr yoxdur, çünki onların geniş istifadəsi cəmi 15 ilə yaxındır müşahidə olunur.

Kotelnıkovanın sözlərinə görə, əsas təhlükə ekranın özündə deyil, yaxın məsafəyə uzun müddət fokuslanma və görmə əzələlərinin həddən artıq yüklənməsindədir. Bundan başqa, uşaqların açıq havada az vaxt keçirməsi də miopiyanın inkişafını sürətləndirir, çünki təbiət işığı görmə qabiliyyətini qoruyur. Eyni zamanda, ekran qarşısında nadir göz qırpmaq səbəbindən quru göz sindromu meydana gəlir.

Statistik göstəricilər:

* Ekran qarşısında gündə 2 saatdan çox vaxt keçirən uşaqlarda miopiya riski 2-2,5 dəfə artır;

* Kompüterdə hər əlavə saat bu riski 7% artırır;

* Xüsusilə Asiya ölkələrində, tədris yüklərinin yüksək olması səbəbindən bu əlaqə daha aydın müşahidə olunur.

Görməni qorumaq üçün həkimin tövsiyələri:

* Ekran qarşısında vaxtı məhdudlaşdırın - ÜST-ün tövsiyəsinə görə, uşaqlar üçün gündə 1 saatdan çox olmamalıdır;

* 20-20-20 qaydasına əməl edin - Hər 20 dəqiqədən bir 20 saniyə ərzində 20 metr uzaqdakı obyektə baxın;

* Gündə azı 2 saat açıq havada vaxt keçirin - bu, miopiya riskini 15-20% azalda bilər.

Müasir texnologiyaların təsiri nəzərə alınaraq, valideynlərin köhnə tövsiyələri qismən doğru idi. Ancaq bu gün kompüterlər - xüsusilə uzunmüddətli istifadədə - uşaqlar üçün televizordan da təhlükəlidir. Smartfonlarla bağlı məlumatlar hələ azdır, lakin profilaktik tədbirləri indidən tətbiq etmək tövsiyə olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://news24.az
archiveBu xəbər 24 Aprel 2025 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri