Icma.az
close
up
RU
Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Bu gün Ümumdünya Uşaq Hüququları günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.

Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir və hər il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu günü xüsusi tədbirlə qeyd edir.

Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir.

Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.

İnkişaf hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları da təmin edir.

Son 30 ildə uşaq hüquqları sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər bu sahədə irəliləyişlərin və nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan 1992-ci il 13 avqustda BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib, 1998-ci ildə Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib, 2006-cı ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təsis edilib. Qanunvericilik bazasının yaradılması, institusional inkişaf, uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi insan hüquqlarının bu sahəsinə diqqətin artdığını göstərir. Ölkədə aparılan sosial-iqtisadi islahatlar əhalimizin 1/3-ni təşkil edən uşaqların öz hüquqlarından daha geniş istifadə imkanlarına şərait yaradır.

Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, uşaq hüquqları dünyada insan hüquqları sahəsində ən aktual mövzulardan biridir. Hər kəsə məlumdur ki, uşaqların hüquq və azadlıqlarının təmin olunması onların rifahı və normal inkişafı üçün mühüm amildir. Yalnız ailədə və cəmiyyətdə hərtərəfli müdafiə və qayğı ilə əhatə olunan uşaq gələcəyin layiqli və vətəninə sadiq vətəndaş kimi yetişə bilər.

Uşaq hüquqlarının müdafiəsi sahəsində ən vacib sənədlərdən biri olan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasinda (1989-cu il) uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün onun ailə mühitində, qayğı, sevgi və anlaşma şəraitində böyüməsinin vacibliyi vurğulanır. Konvensiyanın əsas tələblərindən biri budur ki, uşaqlar barəsində həyata keçirilən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir: ““Azərbaycan Respublikasının Konstitusiyası, “Uşaq hüquqları haqqında” Qanun (19 may 1998-ci il), “Ailə Məcəlləsi”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanun və digər normativ aktlar bu sahədə möhkəm hüquqi baza formalaşdırıb. Dövlət siyasətinin yerli səviyyədə həyata keçirilməsi məqsədilə bütün rayon və şəhər icra hakimiyyətəri yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar yaradılıb. Bu komissiyalar uşaq hüquqlarının təminatında, profilaktik tədbirlərin görülməsində və maarifləndirmə işlərində birbaşa mühüm rol oynayır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən sosial siyasət uşaqların hüquqlarının daha etibarlı qorunmasına, onların inkişafı üçün bərabər imkanların yaradılmasına yönəlib. Uşaqların hüquqlarının qorunması hər bir cəmiyyətin mənəvi və sosial inkişaf səviyyəsini müəyyən edən əsas göstəricilərdən biridir. Hər bir uşaq doğulduğu andan etibarən yaşamaq, inkişaf etmək, təhsil almaq, sevgi və qayğı ilə əhatə edilmək, zorakılıq və istismardan müdafiə olunmaq hüququna malikdir. Uşaqların həyatına, inkişaf və müdafiəsinə cavabdeh olan hər bir şəxs, xüsusilə də valideynlər uşaqları şəxsiyyətinə, fikir və baxışlarına hörmət ruhunda tərbiyə etməli, hər kəsdən öncə özləri uşaq hüquqlarına hörmətlə yanaşmalıdırlar. Uşaqların hüquqları qorunduqda, onların hərtərəfli inkişafına təkan verəcək əlverişli şərait yaranır. Hər bir uşağın doğulduğu andan valideyn qayğısı ilə əhatə olunmaq hüququ vardır. Uşaqların hərtərəfli qayğı ilə əhatə olunmaları, onların inkişafı üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasına zəmin yaradır”.

Politoloq Çingiz Şahbazi deyib ki, 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü olaraq dünyanın hər yerində qeyd edilməkdədir. 1989-cu ildə BMT Uşaq Hüquqları ilə bağlı konvensiya qəbul edir və konvensiyaya demək olar ki, dünya ölkələrinin əksəriyyəti qoşulur. Konvensiyanın mahiyyəti və əsas prinsipləri, dünyanın istənilən ölkəsində yaşayan bütün uşaqların 18 yaşına qədər universal hüquqlar çərçivəsində təspit edilməsi və haqlarının qorunması məqsədi daşıyır. Hər bir uşaq dinindən, irqindən, dilindən, cinsindən , sosial mənşəyindən və digər xüsusiyyətlərindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər. Konvensiyanın mahiyyəti həmçinin uşaqların bütün qəbul edilmiş qərarlarda-məhkəmədə, məktəbdə, dövlət orqanlarında uşağın mənafeyi birinci yerdə duraraq, hüquqları qorunmalıdır. Dünyanın hər yerində konvensiyanın tələblərinə uyğun olaraq, uşaqların yaxşı yaşamaq və normal inkişaf etmək hüququ vardır. Həmçinin sağlamlıq, təhsil, sosial müdafiə, təhlükəsizlik şəraitində böyümək və digər dövlət xidmətlərindən yararlanmaq hüquqları vardır və hər bir dövlət, uşaqlar qarşısında bu kimi fundamental hüquqları uşaqlara verməkdə öhdəlik götürü: “Bura, fikirini ifadə etmək, eşidilmək (əlbəttə ki, yaşına və yetkinliyinə uyğun olaraq) hüquqlarını da daxil etmək olar. Azərbaycan 1992-ci ildə konvensiyanı ratifikasiya edib. “Uşaq Hüquqları haqqında” milli qanun qəbul edib. Həmçinin BMT-yə bu istiqamətdə milli hesabatlar təqdim olunur. Azərbaycan da digər ölkələrdə olduğu kimi, konvensiya çərçivəsində uşaq hüquqlarının müdafiəsi üzrə normativ bazanı, sosial xidmətləri və maarifləndirməni inkişaf etdirməyi öhdəsinə götürüb. Buna rəğmən dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu istiqamətdə problemlər yaşanır. Uşaqların zorakılığa məruz qalması, onların istismar edilməsi dünyanın ən ciddi problemlərindən biri olaraq qalır. Xüsusilə də ailə və məişət zəminində uşaqların zorakılığa məruz qalma halları hər il artmaqdadır. Bu hal bizim ölkəmizdə də ən çox rast gəlinən hallardan biridir. Bütün bunlara rəğmən hökumət mövcud durumu dəyərləndirmək iqtidarındadır və ölkəmizdə bu istiqamətdə “Uşaq Qaynar Xətt”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi və digər təşkilatların fəaliyyətini qeyd etmək olar. Bundan başqa, UNICEF-in Azərbaycan ofisinin bu istiqamətdə rolu böyükdür. Həmçinin Azərbaycanın hüquq bazasında, qanunvericilikdə, “Uşaq Hüquqları haqqında” qanun mövcuddur. Bununla yanaşı qəbul olunan bütün qanunlar uşaqların mənafeyini nəzərə alınmaqla qəbul edilir. Azərbaycan Ombudsmanının bu istiqamətdə apardığı işləri qeyd etmək lazımdır və bu qurum uşaqların hüquqlarını qoruyan monitorinq institutu kimi də fəaliyyətini davam etdirir. Daxili İşlər Nazirliyində uşaq hüquqları üzrə qaynar xətt 24/7 fəaliyyət göstərir. Konkret olaraq bu istiqamətdə fəaliyyət göstərən qurumlar və həmçinin reabilitasiya mərkəzlərinin adlarını sıralamaq olar. Bütün bunları dövlətin qayğısı olaraq qiymətləndirmək lazımdır və qeyd etmək lazımdır ki, bütün bunlarla yanaşı həmçinin icra məsələsində hələ də boşluqlar var. Azərbaycan sosial dövlətdir və sosial xidmətdən yararlanmaq hər bir uşağın konstitusion hüququdur. Amma çox təəssüf ki, bütün uşaqlar üçün bu məsələ prioritet olsa da, bərabərlik balansı qorunmur. Azərbaycan dünyanın bütün beynəlxalq platformalarında yüksək səviyyədə təmsil olunur. Bu ölkəmizin qoşulduğu bütün beynəlxalq konvensiyalar qarşısında hüquqi öhdəlik yaradır və dövlətə uşaqların müdafiəsi üzrə beynəlxalq standartların tətbiqinə əsas verir. Hökumətin bu istiqamətdə yürütdüyü siyasəti qənaətbəxş hesab etmək olar. Paralel olaraq, görüləsi işlərin, hələ də çox olduğunu qeyd etməmək mümkün deyil”.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Noyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri