Uşaqların internet və oyunlardan mənfi təsirlərdən qorunması vacibdir Deputat
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Uşaqların və yeniyetmələrin internet, sosial media və oyunların mənfi təsirlərindən qorunması vacibdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında deyib.
O bildirib ki, xüsusilə sərbəst istifadə olunan bəzi internet oyunları və sosial platformalar uşaqların tərbiyəsinə mənfi təsir göstərir və bunun qarşısının alınması üçün tənzimləyici mexanizmlərin tətbiqi zəruridir.
Ceyhun Məmmədov həmçinin qeyd edib ki, artıq bir sıra Avropa ölkələrində 16 yaşadək uşaqların internetdən sərbəst istifadəsinə məhdudiyyətlər tətbiq olunur.
Deputat ölkəmizdə də bu istiqamətdə işlərə başlanmasının vacib olduğunu bildirib və ailələrə övladları ilə daha çox vaxt keçirməyi, tərbiyə prosesinə diqqət artırmağı tövsiyə edib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 10 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















