Icma.az
close
up
RU
“Uşaqların oynadığı stadionları ləğv edib yerində şadlıq evləri tikmişik” KONKRET

“Uşaqların oynadığı stadionları ləğv edib yerində şadlıq evləri tikmişik” KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan milli komandası İslandiyaya 0:5 hesablı məğlubiyyətin ardından sabah Ukrayna qarşısına çıxır. Qələbə ümidləri sıfıra bərabərdir. Üstəlik, millimiz rəqiblə oyuna baş məşqçisiz çıxır. Belə ki, bu gün portuqaliyalı məşqçi Fernandu Santuş AFFA tərəfindən istefaya göndərilib.

Onu da qeyd edək ki, Ukrayna ilə oyun qalıb bir kənarda, hər kəs 4 gün öncəki İslandiya rüsvayçılığından danışır. Hətta təsəlli yeri kimi Ermənistanın Portuqaliyaya 0:5 hesablı məğlubiyyətinə üz tutanlar da az deyil. Hələ Türkiyənin İspaniyaya, Qazaxıstanın da Belçikaya 6:0-la “boyun əymələri”ni demirik.

KONKRET.az xəbər verir ki, musavat.com-un məlumatına görə, Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev ölkə futbolu barədə sərt açıqlamalar verib:

“Futbol dünyada yayılan ən geniş idman növüdür. Biz bu sahədə ən geridə qalanlar sırasındayıq. Futbol ölkəni tanıtmaq baxımından həm də böyük reklam və siyasətdir. Biz bu sahədə də geridə qalırıq. Niyə? Səbəblər çoxdur, dəfələrlə yazıldığı üçün təkrar etmirəm. Vəziyyəti dəyişmək üçün dövlət olaraq çox böyük imkanlarımız var”.

Deputat futbolumuzun inkişafı üçün təkliflərini də verib:

“İslahat həm yuxarıdan, həm də aşağıdan aparılmalıdır. Bizdən fərqlidir avropalılar, işi iş bilənə tapşırır onlar…

Ən yaxşı yol vəsaiti peşəkarlara verib, onların işinə nəzarət etməkdir.

Uşaq futbolunu inkişaf etdirməliyik. Xaricdən mütəxəssis gətirməliyik. Seleksiya işləri aparmalıyıq, yerlərdə uşaqları seçməliyik. Hamı belə deyir. Düzdür, amma bu işlər də sistemli aparılmalıdır.

Yerlərdə necə uşaq seçək ki, bu uşaqların oynadığı stadionları ləğv edib yerində şadlıq evləri tikmişik. Yerli orqanlar gölə, bataqlığa zir-zibil, torpaq töküb satır, amma stadiona, uşaq bağçasına, məktəbə yer ayırmaq ağıllarına gəlmir.

Aydın məsələdir ki, yerlərdə stadionların olmaması həm peşəkar idmançılarımızın yetişməsinə mane olur, həm də gənc nəslin neqativ vərdişlərə (narkotik və s.) qoşulmasına səbəb olur.

Bir sözlə, həm yuxarıdan, həm də aşağıdan işimizi yenidən qurmasaq, bu futbol biabırçılığı davam edəcək. Mən optimistəm – əminəm ki, hər şey yaxşılığa doğru dəyişəcək. Futbolumuzun inkişafına mane olan adamları dəyişsək, çox şey dəyişəcək…”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri