Icma.az
close
up
RU
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub FOTO

“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub FOTO

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxlaq vasitəsi hesab edib. O, musiqinin insan ruhuna birbaşa təsir etdiyini, xarakterin formalaşmasında mühüm rol oynadığını vurğulayırdı. Platona görə xor musiqisi isə səs, ritm və rəqs vasitəsilə harmoniya, kollektiv düşüncə və nizam-intizam hissini gücləndirdiyi üçün xüsusilə vacib idi. Bu baxımdan xor ifası təkcə musiqi bacarığı deyil, həm də birgə əmək, qarşılıqlı dinləmə və məsuliyyət mədəniyyətini formalaşdıran mühüm vasitədir. 

Musiqi ümumiyyətlə uşaqların intellektual, emosional və sosial inkişafında əvəzsiz rol oynayır. Elmi araşdırmalar göstərir ki, musiqi ilə məşğul olan uşaqlarda yaddaş, diqqət, nitq bacarıqları, eləcə də emosional ifadə qabiliyyəti daha sürətlə inkişaf edir. Xorda oxumaq isə uşaqlara özünü ifadə etməklə yanaşı, kollektivin bir parçası olmağı, bir-birinə uyğunlaşmağı və səhnə mədəniyyətini aşılayır.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası bu baxımdan hər zaman uşaqların hərtərəfli inkişafına xüsusi diqqət ayırır. Filarmoniyanın nəzdində fəaliyyət göstərən dərnəklər, xüsusilə xor və vokal sinifləri uşaqların musiqi dünyasını kəşf etməsinə, istedadlarının üzə çıxmasına və peşəkar səhnə təcrübəsi qazanmasına geniş imkan yaradır. 

10 ildən çoxdur ki, müxtəlif tədbir və müsabiqələrdə uğurla iştirak edən "Səda" uşaq xoru və vokal sinifi bu istiqamətdə nümunəvi kollektivlərdən biridir. Uzun illər ərzində formalaşan bu yaradıcı kollektiv təkcə yüksək ifa mədəniyyəti ilə deyil, həm də özünəməxsus səhnə duruşu və səmimi çıxışları ilə seçilir. "Səda" uşaq xorunun bədii rəhbər və dirijoru Mehdizadə Aysel xorla oxumanın incəliklərini, qayda-qanunlarını hər bir uşağa dəqiqliklə öyrədir, xüsusi həssaslıqla yanaşır, hər bir iştirakçının səs imkanlarını nəzərə alaraq onlarda düzgün nəfəs alma, intonasiya, ritm duyumu və səhnə mədəniyyətini formalaşdırır. Onun peşəkar və səbrli yanaşması nəticəsində uşaqlar təkcə musiqi bilikləri qazanmır, eyni zamanda kollektiv ruhu, məsuliyyət hissini və sənətə sevgi ilə yanaşmağı öyrənirlər. 

Təqdim olunan "Uşaqların səsi" adlı konsert proqramı da bunun bariz nümunəsi oldu. Əsl bayram abu-havalı bu gecədə uşaqların saf, sevgi dolu, həyəcanlı və sevincli çıxışları hər ifalarında, hətta hər notlarında hiss olunurdu. Rəngarəng repertuar, fərqli janrlı mahnılar, onların musiqiyə olan sevgisi bütün zalda əyləşən tamaşaçıların böyük heyranlıq və sevinc hissi ilə izlədiyi möhtəşəm bir sənət bayramına çevrildi. 
Bu cür konsertlər uşaqlar üçün təkcə səhnə təcrübəsi deyil, eyni zamanda özünə inamın artması, uğur hissinin yaşanması və gələcək yaradıcılıq yoluna motivasiya deməkdir. Tamaşaçılar üçün isə bu çıxışlar saf duyğuların, səmimi sənətin və gələcəyin istedadlarının canlı təzahürüdür. 

Konserti izləyənlər arasında Professor, Xalq artisti Gülnaz İsmayılova, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Leyla Məmmədova-Fərəcova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən nümayəndə, 17 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Samirə İsayeva, bəstəkar Sevda Rəhimova və digər qonaqlar var idi. 

Vokal sinfinin müəllimi, peşəkar vokal ifaçısı Aslanova Leyla artıq uzun illərdir ki, bu sinfə rəhbərlik edir. Hər bir şagirdə fərdi, peşəkar yanaşması konsert zamanı uşaqların ifasında, səhnə duruşlarında aydın hiss olunurdu. 
Azərbaycan Dövlət Uşaq Filarmoniyası və onun nəzdində fəaliyyət göstərən "Səda" uşaq xoru kimi kollektivlər milli musiqi mədəniyyətimizin yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm missiya daşıyır. Bu missiya isə hər bir uğurlu çıxışda, hər bir alqışda və hər bir uşağın gözlərindəki sevincdə öz əksini tapır. 
Konsertin sonunda bütün iştirakçılar və müəllimlər səhnəyə çıxaraq gələn qonaqlara, tamaşaçılara, valideyinlərə, eləcə də Dövlət Uşaq Filarmoniyasının rəhbəliyinə öz dərin təşəkkürlərini bildirib. 

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri