Icma.az
close
up
RU
Uşaqların sinir sistemi süni qatqılara həssasdır EKSPERT AÇIQLADI

Uşaqların sinir sistemi süni qatqılara həssasdır EKSPERT AÇIQLADI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Süni qatqılar (E kodlu maddələr, konservantlar, dadvericilər, rənglər və s.) əsasən qidanın rəngini, dadını, teksturasını və saxlanma müddətini yaxşılaşdırmaq üçün istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.

Onun sözlərinə görə, lakin bu qatqılar insan orqanizminə həm qısamüddətli, həm də uzunmüddətli zərər verə bilər: "Süni rəngləndiricilər bəzi uşaqlarda hiperaktivlik, diqqət dağınıqlığı və davranış dəyişiklikləri ilə əlaqələndirilir. Buna görə bir çox ölkələrdə süni rəngləndiricilər uşaq məhsullarında ya qadağan olunub, ya da xəbərdarlıqla satışa buraxılır.

Süni konservantlar orqanizmdə toplanaraq qaraciyər və böyrəklərə əlavə yük gətirir, qaraciyərin detoksifikasiya sisteminə mənfi təsir göstərə bilər. Eyni zamanda, E123, E127, E102 kimi bəzi boyalar laboratoriya testlərində hüceyrə mutasiyalarına səbəb olmuş, nitritlə zəngin kolbasa, sosiska və hisə verilmiş ətlərdə isə mədə və yoğun bağırsaq xərçəngi riski artmışdır.

Süni rənglər və dadvericilər, xüsusən monosodyum glutamat (E621), bəzi insanlarda baş ağrısı, dəridə səpki, şişkinlik və astma tutmalarına səbəb ola bilər. Bəzi qatqılar (məsələn, BHA – E320 və BHT – E321) endokrin sisteminə müdaxilə edərək orqanizmin təbii hormon balansını poza bilər və uzun müddətdə maddələr mübadiləsini ləngidərək piylənmə və insulin müqaviməti riskini artırır. Süni qatqılar təbii qidanın görünüşünü saxta şəkildə yaxşılaşdırır, lakin mikronutrientlərin azalmasını gizlədir. Məsələn, “təzə kimi” görünən çörəkdə vitamin və lif miqdarı demək olar ki, sıfıra enmiş ola bilər.

Buna görə etiketləri diqqətlə oxumaq, “E” kodlarına fikir vermək vacibdir. Rəngi çox parlaq olan məhsullardan uzaq durmaq lazımdır, çünki təbii rəng bu qədər parlaq olmaz. Təbii alternativlər seçmək tövsiyə olunur: qırmızı üçün çuğundur tozu, sarı üçün sarıkök, yaşıl üçün ispanaq kimi. Uşaqlar üçün nəzərdə tutulmuş süni rəngli içkilərdən və konfetlərdən uzaq durmaq xüsusilə önəmlidir, çünki uşaq sinir sistemi daha həssasdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri