Uşaqların xoşladığı bu qida ürəyin bir nömrəli dərmanı imiş
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Popkornun istehlakı həzmi yaxşılaşdırır və təhlükəli xəstəliklərin profilaktikasına kömək edir".
BAKU.WS xəbər verir ki, bu sözləri qidalanma mütəxəssisi və dietoloq Tim Spektorun "Daily Mirror" nəşrinə bildirib.
Ekspert əlavə edib ki, popkornun faydası onun yüksək lif (sellüloza) tərkibi ilə bağlıdır:
"Belə ki, 100 qram bu məhsulda təxminən 14,5 qram qida lifləri var. Bu liflər bağırsağın fəaliyyətini yaxşılaşdırmaq, qanda şəkərin səviyyəsini normallaşdırmaq və xroniki xəstəliklərin riskini azaltmaq üçün vacibdir".
Spektorun sözlərinə görə, rasionda lif miqdarının hətta az da olsa artırılması ürək sağlamlığına müsbət təsir göstərə bilər. Maksimum fayda üçün o, əlavə şəkər və yağsız popkorn seçməyi, həmçinin rasionu liflə zəngin digər məhsullarla - lobya, moruq, avokado və noxudla zənginləşdirməyi tövsiyə edib.
Baxış sayı:181
Bu xəbər 19 Mart 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















