“Uşaqların zərərli informasiyalardan qorunması” mövzsunda tədbir keçirilib
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi və Günəş Uşaq Akademiyasının birgə təşkilatçılığı ilə "Parlaq Gələcək Naminə" adlı layihə çərçivəsində növbəti tədbir Culfa rayonun Saltaq kənd tam orta məktəbində keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Həsən Həsənov, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Mələkxanım Zülfüqarlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq TOLES və TOT sertifikatli təlimçisi, "Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi"-nin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva və şagirdlər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Ombudsmanın əməkdaşı Həsən Həsənov Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada uşaqların zərərli informasiyalardan qorunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Daha sonra Mələkxanım Zülfüqarlı “Uşaqların internetdən düzgün istifadəsinə nəzarət olunmalı”, Esmira Tağıyeva "Uşaqların zərərli informasiyalardan qorunması" və Ulduz Əliyeva "Asudə vaxtın düzgün təşkil edilməsi " mövzularında çıxış ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirkaçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Parlaq Gələcək Naminə "adlı layihə çərçivəsində mütəmadi olaraq maarifləndirici silsilə tədbirlər davam etdirilməkdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















