Uşaqlarına görə dalaşan valideynlər arasındakı bıçaqlanmanın Təfərrüatı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda məktəblilər arasında mübahisəyə valideynlər də qarışıb, nəticədə onlardan biri ağır xəsarətlər alıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bıçaqlanmanı törətməkdə şübhəli bilinən Nicat Cəbiyevin evinin qarşısında qeydə alınıb.
Belə ki, dünən məktəbdə Nicat Cəbiyevin 9-cu sinifdə oxuyan övladı ilə həmkəndlisi İlqar Quliyevin 5-ci sinif şagirdi olan övladı arasında münaqişə baş verib. Bundan sonra 5-ci sinifdə oxuyan məktəbli evə gedərək ondan 4 yaş böyük şagirdin onu döydüyünü bildirib. Buna əsəbiləşən İ.Quliyev həmin yeniyetmənin yaşadığı evə gedib və mübahisə yaranıb.
Mübahisənin münaqişəyə keçməsi ilə 9-cu sinif şagirdinin atası N.Cəbiyev bıçaq götürərək İlqara hücum edib. O, bıçaqla həmkəndlisinə çoxsaylı zərbələr endirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 09 May 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















