Uşaqlarını diləndirən ana valideynlik hüququndan məhrum edildi
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Sığınacağa yerləşdirilən azyaşlı qardaşların anası valideynlik hüququndan məhrum edilib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, 2018 və 2019-cu il təvəllüdlü qardaşlar nənələri tərəfindən “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sığınacağına yerləşdirilib. Aparılan araşdırmalar zamanı uşaqların anası A. Hümbətovanın narkotik vasitələrdən istifadə etdiyi və tüfeyli həyat tərzi sürdüyü müəyyən olunub.
Bildirilib ki, uşaqların qeyri-rəsmi atası olan şəxs də narkotik vasitələrlə bağlı ittihamla həbs edilib və hazırda cəzaçəkmə müəssisəsində saxlanılır.
Uşaqların nənəsinin ifadəsinə əsasən, ana uzun müddət nəvələri ilə maraqlanmayıb. Azyaşlılar dilənməyə məcbur edilib, onların dilənərək əldə etdikləri pullar isə ana tərəfindən narkotik vasitələrin alınmasına xərclənib.
Məlum olub ki, qardaşlar artıq iki ildir sığınacaqda qalırlar və bu müddət ərzində onlara baş çəkən olmayıb. Hazırda 6 və 7 yaşlarında olan uşaqların heç birinin rəsmi sənədləri də mövcud olmayıb.
Faktla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə müraciət edərək ana A. Hümbətovanın valideynlik hüququndan məhrum edilməsini xahiş edib. Nəsimi Rayon Məhkəməsi ilkin mərhələdə iddianı təmin etməsə də, Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişib.
Apellyasiya məhkəməsinin qərarı ilə iddia təmin olunub və uşaqların anası valideynlik hüququndan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Dekabr 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















