Icma.az
close
up
RU
Uşaqlarını öldürən anadan sensasion açıqlamalar

Uşaqlarını öldürən anadan sensasion açıqlamalar

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

           “Birini dolanışığa, digərini qız olduğuna görə”.

26 yaşlı qadın iki körpə övladını öldürməkdə ittiham edilərək, həbs olunub. Uşaqlardan biri yeni doğulmuş qız uşağı, digəri isə 1 aylıq oğlan olub.
Gununsesi.info  xəbər verir ki, Masallı rayonunun Qızılağac kənd sakini Kamilə Bağışzadə 1 aylıq oğlu Mülayimə 2025-ci il yanvarın 26-da evdə sirkə turşusu (uksus) verməklə, digər uşağını isə bundan bir il sonra – 2026-cı ilin yanvarında dünyaya gəldiyi gün xəstəxanada boğaraq öldürüb.

Kamilə Bağışzadə evlidir, bu uşaqlardan əvvəl 3 övladı (6 və 5 yaşlarında iki qız və 3 yaşında 1 oğlan) olub. Mülayim Bağışzadə onun 4-cü, digər körpə isə 5-ci övladı idi. Həyat yoldaşı Qadir Bağışov mütəmadi gedib Rusiyada işləməklə ailəsini dolandırır.

Kamilə uşaqlarını öldürməsinin səbəbini izah edərkən bildirib ki, 4-cü uşağa hamilə olmasından həyat yoldaşının xəbəri olmayıb. Onun sözlərinə görə, hətta anadan olanda da ona xəbər verməyiblər. Ərinin acıqlanacağından və uşağı saxlamaq istəməyəcəyindən qorxub. Uşaq 2024-cü ilin dekabrında dünyaya gəlib. Maddi vəziyyətləri ağır olduğuna görə onu böyüdə bilməyəcəyini düşünüb və 1 aylıq olanda uşaq xəstələnib. Həmin vaxt düşünüb ki, soyuqdəymədən müalicə alan uşağa “uksus” içirsin. Uşağın soyuqdəymədən vəziyyətinin pisləşməsi barədə baldızına xəbər verib. Onlar uşağı xəstəxanaya aparıblar, orada reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanada Mülayim Bağışzadənin “sətəlcəmdən” dünyasını dəyişməsi barədə rəy verilib və onu aparıb dəfn ediblər. Anasının ona “uksus” içirməsi məsələsi üzə çıxmayıb.

Bir il sonra Kamilə Bağışzadənin 5-ci övladı xəstəxanaya gedərkən yolda dünyaya gəlib. Övladlarını öldürməkdə ittiham olunan qadının sözlərinə görə, uşağın qız olduğunu xəstəxanaya çatandan sonra biliblər. Dediyinə görə, əri Qadir Bağışov digər qızları dünyaya gələndə də onları çətinliklə qəbul etmişdi. Ərinin narazılığını nəzərə alaraq, uşağı qız olduğuna görə öldürmək qərarına gəlib. Palatada uşağı boğub öldürüb. Sonra tibb bacısına deyib ki, uşağı yedirəndən sonra körpənin vəziyyəti pisləşib. Lakin ekspertiza uşağın boğulma nəticəsində ölməsi barədə rəy verib.

Bundan sonra 2025-ci ildə ölmüş uşağım meyitin də qəbirdən çıxarılmasına (ekskumasiya) qərar verilib və onunla bağlı da ekspertiza keçirilib.

Kamilə Bağışzadə həbs olunub. Ona qarşı əvvəl Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə ittiham irəli sürülüb. Daha sonra ittiham ağırlaşdırılıb. O, köməksiz vəziyyətdə olan iki nəfəri qəsdən öldürməkdə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, bu ittihamlarla 17 il azadlıqdan məhrum edilib.

Onun həyat yoldaşı Qadir Bağışov isə qız uşaqlarını istəməməsi, övladları arasında ayrı-seçkilik qoyması barədə deyilənləri təkzib edib. O bildirib ki, Kamilənin 4-cü övladına hamilə olmasını bilməyib. Çünki həmin vaxt Rusiyada olub. Uşaq dünyaya gələndən sonra məlumatı olub. Sonra ona uşağın öldüyü xəbər verilib.

5-ci uşağa gəlincə, Kamilə onu abort elətdirmək istəyib. Lakin həmin vaxt “Məhərrəmlik ayı” olduğuna görə bunu eləməyiblər.
O, əlavə edib ki, ailəsini imkanı çatdığı qədər dolandırmağa çalışıb. Rusiyadan pul göndərə bilməyəndə isə kənddə yaşayan bacısından xahiş edirdi ki, ailəsinə kömək eləsin.

Elmar

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 İyun 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri