Icma.az
close
up
RU
Uşaqlı səfər üçün 10 qayda

Uşaqlı səfər üçün 10 qayda

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Səfər və səyahət etmək müsbət təəssüratlarla bol olmasına baxmayaraq əksər hallarda yorucu olur.

Həm nəqliyyatda keçirilən müddət, iqlimin və saat qurşağının dəyişməsi müəyyən növ fiziki narahatlıq və gərginlik yarada bilir. Körpə və ya uşaqla edilən səfərin valideyn üçün iki dəfə daha çətin olduğu hamıya məlumdur. Uşaqlar nəqliyyat vasitələrindən tez yorulur, hərəkət etmək üçün daha çox məkan istəyir, ürəkləri bulanır, yemək yeməkdə problemlər yaradır üstəlik yol yorğunluğu müxtəlif cür kaprizlər vasitəsilə özünü göstərə bilir. Uşaqlı valideynlərin səyahəti asanlaşdırmaq üçün bir neçə ipucu təqdim edirik:

- Səyahətin vaxtını öncədən nəzərə almaq səfər ediləcək müddəti imkan daxilində gecə saatlarına planlaşdırmamaq və uşaqların vərdiş etibarilə daha rahat olduqları vaxta salmaq valideynlərə daha az stress yaşadacaqdır.

- Səfər çantalarını yığarkən hər ailənin üzvünün adına ayrıca bir çanta (çemodan) yığmaq oteldə lazım olan əşyaları daha rahat tapmağa imkan verəcəkdir. Səfər olunacaq hər günün sayına uyğun olaraq bir alt və üst paltar dəsti seçmək məqsədəuyğundur.

- Hansı nəqliyyat vasitəsilə səfər etməyinizdən asılı olmayaraq özünüzlə yola tez xarab olmayan müxtəlif cür çərəzlər götürməyi planlaşdırın. Bu uşağınızın çox sevdiyi təmizlənmiş günəbaxan tumları, qovrulmuş fındıq, təmizlənmiş badam, evdə hazırlanan kurabiyələr, suxarilər, yuyulmasına ehtiyac olmayan meyvələr (banan, naringi, portağal, nar) ola bilər.

- Səfərə özünüzlə əlavə boş çanta və çemodan götürmək sizə getdiyiniz yerdən bazarlıq edib hara yığacağınız kimi problem yaratmayacaq üstəlik əlavə çemodan almağa vaxt və vəsaitinizi qənaət edəcəkdir.

- Maşınla səyahət zamanı mütləq şəkildə uşaq üçün olan xüsusi avtomobil oturacağından istifadə edin. Bu oturacaqlar uşaqların təhlükəsizlik təminatından başqa uzun məsafələrə səfər etməkdə də öz faydasını heç azaltmır. Araşdırmalara əsasən uşaq avtomobil oturacaqları yol qəzası zamanı 50-80% ölüm və müxtəlif növ xəsarətləri azaltmağa səbəb ola bilir. Oturacaqda təhlükəsizlik kəmərləri ilə bağlanan uşaqlar yolda valideynlərini yormadan rahat yata bilərlər. Bundan əlavə onların müxtəlif növ oyuncaqlarla da oynamaq imkanları olacaqdır.

- Təyyarə ilə səyahət zamana qənaət etməklə uzun məsafələr qət etməyə imkan verir. Lakin bu vasitə uşaqlar üçün daha cansıxıcı ola bilər.

- Təyyarəyə minməmişdən öncə uşaqları yedizdirmək. Toxluq uşaqların təyyarədə yuxuya gedərək yolun əksər hissəsini yatma ehtimalını artırır. Üstəlik aclıqdan uşaqların hövsələdən çıxmasına imkan vermir və təyyarə salonunda çətinliklə yedirtməyə ehtiyac olmur.

- Təyyarəyə minməmişdən öncə uşaqları ayaqyoluna aparmaq, körpələrin isə bezlərini dəyişmək çox məqsədə uyğundur. Bu valideynlərə təyyarənin dar tualetlərinə uşaqla birlikdə yerləşmək kimi narahatlıqdan azad edəcəkdir (ən azında bir dəfə daha az getməyə səbəb olacaqdır).

- Təyyarə qalxarkən və ya enərkən uşaqlara içməyə maye vermək, körpələri isə əmizdirmək onların tutulmuş qulaqlarını udqunaraq açılmasına yardım edəcəkdir.

- Ürəyi bulanan uşaqlara limonlu su və ya nanəli konfet vermək onların ürəkbulanmalarını azalda bilər.

- Körpələrlə səyahəti daha rahat etmək üçün slinqdən istifadə edin. Bu valideynlərin əllərini azad etməklə uşağa rahat mövqedə yatmağa imkan verəcəkdir.

Müəllif: Səltənət Zülfüqarova

Vib.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri