Icma.az
close
up
RU
Uşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər

Uşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1. Uşaqlıqdan kənar hamiləlik normal inkişaf edib uşağın dünyaya gəlməsi ilə nəticələnə bilməz. Bu birmənalıdır.

Uşaqlıqdan əlavə qadın orqanizmində uşağın inkişafı üçün uyğun olan orqan yoxdur. Bəzən eşidmək olur ki, hansısa qadının qarın doşluğunda uşaq inkişaf edib və sağlam doğulub. Bu cəfəngiyatdır. Dölün inkişafı üçün qidalı maddələr və oksigen lazımdır. Bunun üçün mayalanmadan sonra döl uşaqlığa düşür və uşaqlığın divarına implantasiya edir (bərkidilir). Bu yerdə kapilyarlar və damarlar əmələ gəlir və daha sonra cift formalaşır. Bu damarların vasitəsi ilə döl uşaqlıqdan ona lazım olan maddələri alır.

2. Bəzi qadınlar fikirləşir ki, hamiləliyin əvvəlində qarının aşağı hissəsində olan ağrılar və qanlı ifrazatlar normal haldır. Lakin bu belə deyil. Bir çox hallarda belə ağrılar və ifrazatlar uşaqlıqdan kənar hamiləliyin ilk simptomlarıdır. Bu səbəbdən özündə bu kimi simptomları aşkar etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir.

3. Qadınların bir çox hissəsi fikirləşir ki, hamiləliyin əvvəlində USM-dən keçmək olmaz (guya hamiləlik pozula bilər) və bunu yalnız hamiləliyin 3-cü ayından sonra etmək olar. Lakin bu da çox təhlükəli yanılmadır. Əksinə hamiləliyin 5-6 həftələrində mütləq USM-dən keçmək lazımdır. Bu zaman döl uşaqlıq daxilində olmalıdır. Əks halda həkim uşaqlıqdan kənar hamiləlikdən şübhələnə bilər. USM vaqinal datçikin köməyi ilə aparılır. (Narahatçılıq üçün səbəb yoxdur - müayinə hamiləliyin pozulmasına səbəb ola bilməz).

Daha tez aşkar olunmuş uşaqlıqdan kənar hamiləlik daha asan müalicə olunur.

Əgər həkimdə uşaqlıqdan kənar hamiləliyə şübhə yaranarsa, həkim qadına 1 həftədən sonra təkrar müayinəyə gəlməyi tövsiyə edəcək. Yaxşı avadanlığın köməyi ilə həkim hətta "azmış" embrionun dəqiq yerləşməsini və ölçüsünü təyin edə bilər. Adətən (98% hallarda) uşaqlıqdan kənar hamiləlik boruların birində inkişaf edir.

Bundan əlavə qadın mütləq ginekoloqa müraciət etməlidir. Həkim qadına bəzi qan analizləri təyin edəcək (qanda xorionik honadotropinin səviyyəsi və s.). İnkişafda olan döl xorionik honadotropin hormonunu ifraz edir. Normal hamiləlik zamanı bu hormonun göstəriciləri hər 2 gündən bir 2 dəfə artmalıdır. Lakin uşaqlıqdan kənar hamiləlik zamanı belə olmur. Beləliklə qadın bu analizi heç olmasa 2-3 dəfə hər 2 gündən bir verməlidir və bundan sonra həkim diaqnoz qoymalıdır.

4. "Uşaqlıqdan kənar hamiləlik yalnız xəstə, sonsuzluqdan əziyyət çəkən qadınlarda ola bilər". Bu da yanlış fukirdir. Bəli, cinsiyyət sistemində müxtəlif pozulmalar və xəstəliklər olan qadınlarda uşaqlıqdan kənar hamiləlik daha tez-tez hallarda inkişaf edir. Lakin hətta tam sağlam qadınlarda da uşaqlıqdan kənar hamiləliyin inkişafı mümkündür. Bu səbəbdən hamiləliyin əvvəlində qadın öz vəziyyətinə qarşı daha diqqətli olmalıdır.

5. Qadınların əksəriyyəti "uşaqlıqdan kənar hamiləlik" diaqnozu eşitdikdə qorxuya düşür. Lakin əgər qadında uşaqlıqdan kənar hamiləlik təyin olunubsa, bu heç də o demək deyil ki, bu qadın uşaqlıq borusundan məhrum olacaq.

Bir çox hallarda uşaqlıqdan kənar hamiləlik özü özündən pozulur. Digər hallarda uşaqlıqdan kənar hamiləlik çox zəif inkişaf edir (XQ zəif artır və s.) və bu halda xüsusi dərman preparatların köməyi ilə (metotreksat inyeksiyası və s.) hamiləlik pozulur. Əksər hallarda 1 inyeksiya kifayət edir. Bundan sonra qadın müəyyən fasilələrlə bir neçə dəfə xorionik honadotropin hormonun analizini verməlidir. Hormonun səviyyəsi tədricən azalmalı və 1 aydan sonra hormon qanda təyin olunmamalıdır.

Bəzi hallarda uşaqlıqdan kənar hamiləlik zamanı laparoskopik əməliyyatına əl atılır. Bu halda embrion xaric olunur və boru saxlanılır.

Nadir hallarda (yüksək XQ, borunun partlaması, güclü qanaxma və s.) açıq əməliyyata və borunu xaric olmasına ehtiyac yarana bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri