Icma.az
close
up
RU
Uşaqpulu ilə bağlı MÜHÜM XƏBƏR: VERİLƏCƏK KONKRET

Uşaqpulu ilə bağlı MÜHÜM XƏBƏR: VERİLƏCƏK KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə doğuş edən qadınların kredit borclarının silinməsi təklifi irəli sürülüb. Bildirilir ki, məqsəd mümkün demoqrafik böhranı həll etməkdir. Sözügedən təşviq mexanizminin effektiv olacağı gözlənilsə də, hələ ki təsdiqlənməyib. Azərbaycanda da ildən-ilə doğum sayı azalır.

Xatırladaq ki, bu ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 22119 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,8-ə düşüb.

Ölkəmizdə uşaq dünyaya gətirən şəxslər üçün kredit güzəştləri və ya borc silinməsi kimi addımlar tətbiq edilə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu cür təşəbbüslərin həyata keçirilməsi real görünmür:

“Bu zaman sui-istifadə halları artar. Bəzi şəxslər sırf borclarını sildirmək məqsədilə uşaq dünyaya gətirməyə çalışa bilərlər. Bu da həm səmərəsizliyə, həm də ədalətsizliyə səbəb olar. Eyni zamanda, belə addımın insanları borc götürməyə təşviq etməsi mümkündür. Fikrimcə, bu təklif Türkiyədə də reallaşmayacaq”.

İqtisadçı Azərbaycanda uşaqpulunun verilməsi məsələsinə də toxunub:

“Ölkədə bütün uşaqlara görə müavinət verilməsi düzgün deyil. Hökumət bu yanaşmanı dəstəkləmir, mən də iqtisadçı kimi tərəfdarı deyiləm. Bu cür ödənişlər yalnız aztəminatlı ailələrə verilməlidir. Dövlət bunun üçün ümumi sosial yardım nəzərdə tutur. Əgər təkliflər varsa, onların genişləndirilməsi və müavinətlərin məbləğinin artırılmasına diqqət yetirilməlidir”.

Xalid Kərimli qeyd edib ki, ölkədə əsas problem aşağı doğum səviyyəsi deyil:

“Uşaqlar böyüyüb yaxşı iş tapa bilmirlər. Uşaqpulu adətən əhalisinin sayı azalan, təbii artımda və gəncləşmə strukturunda problem yaşayan ölkələrdə tətbiq olunur. Məsələn, Rusiya və Avropanın bir çox dövlətində əhali azalır. Azərbaycanda isə təbii artım səviyyəsi qənaətbəxşdir. Gənclərin sayı Avropa ilə müqayisədə 10 faiz daha yüksəkdir. İnsanlar borc götürərkən onun qaytarılması haqda düşünməlidirlər, övlad dünyaya gətirərək güzəşt əldə etmək arzusu ilə yaşamamalıdırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 İyun 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri