Usik Coşua Pol döyüşü barədə: “Fiat” “Rolls Royce”la rəqabət apara bilməz”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məğlubiyyətsiz WBC, IBF, WBA Super, IBO və The Ring ağır çəki titullarına sahib olan 38 yaşlı ukraynalı Aleksandr Usik ağır çəkidə keçmiş WBA, WBO və IBF çempionu britaniyalı Entoni Coşua ilə amerikalı bloger Ceyk Pol arasında keçiriləcək döyüş barədə fikirlərini bölüşüb.
İdman.Biz bildirir ki, döyüş dekabrın 19-da Florida ştatının Mayami şəhərində keçiriləcək.
“Entoni Coşua “Rolls-Royce”, Ceyk Pol isə “Fiat”dır. “Fiat” isə “Rolls-Royce” ilə rəqabət apara bilməz. Bu, mənasızdır”, - deyə Usik talkSPORT-a bildirib.
Coşuanın 36 yaşı var. Britaniyalı boksçu 2013-cü ildən bəri peşəkar yarışlarda iştirak edir. Onun rekordu 28 qələbədir, bunlardan 25-i erkən qazanılıb. Onun dörd məğlubiyyəti var.
Ceyk isə 28 yaşındadır. Onun peşəkar rekordu 12 qələbə və bir məğlubiyyətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 01 Dekabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















